13/12/2015
BDU Hüquq fakültəsi THT olaraq hər il həyata keçirdiyimiz xeyriyyə aksiyasını bu il də sizlərin-tələbə yoldaşlarımızın köməyi ilə davam etdirmək istəyirik.
Bildiyimiz kimi, ölkəmizdə çoxlu sayda evsiz-eşiksiz, ata-ana, valideyn qayğısından məhrum uşaqlar var. THT Sosial İşlər departamentinin fəaliyyət istiqamətlərindən biri də, bu uşaqlara dəstək olmaqdan, onları cəmiyyətimizə qazandırmaqdan, onlarla hər gün bir yerdə ola bilməsək də, ən azından ildə bir dəfə, hətta balaca uşaqların belə sevdiyi Yeni ildə və ya digər əlamətdar günlərdə yanlarında olub, üzlərini güldürməyi bacarmaqdı. Yuxarıda deyildiyi kimi sizlərin dəstəyinə ehtiyacımız var, bunun üçün :
Bişirdiyiniz və ya hazırladığınız şirniyyatları ( Satışa çıxarılacaq və əldə olunan məbləğ xeyriyyəyə cəlb olunacaq) həmçinin kitabları , aksesuar və digər əşyaları , eləcə də paltar və digər geyim ləvazimatlarınızı bizə təqdim edə bilərsiz. Xeyriyyə yarmarkası 14 və 15 dekabr tarixlərində BDU 1 saylı korpus 9cu mərtəbədə baş tutacaqdır.