‟Naxçıvan” Universiteti

  • Home
  • ‟Naxçıvan” Universiteti

‟Naxçıvan” Universiteti Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ‟Naxçıvan” Universiteti, .

"Naxçıvan" Universiteti Azərbaycan Respublikası ali təhsil potensialının formalaşmasında özünəməxsus yerə sahib olan, Ümummilli lider Heydər Əliyevin biləvasitə rəhbərliyi ilə ölkədə aparılan təhsil islahatları nəticəsində yaranan təhsil müəssisələrindən biridir.

1999-cü ildən müstəqil ali təhsil müəssisəsi kimi fəaliyyətə başlayan "Naxçıvan" Universiteti Azərbaycanın paytaxtından kənarda yerləşən yeganə özəl ali təhsil ocağıdır.

"Naxçıvan" Universitetinə zamanında elmi jurnala və ya konfransa material təqdim edənlərin nəzərinə: Çoxsaylı istəkləri ...
14/05/2025

"Naxçıvan" Universitetinə zamanında elmi jurnala və ya konfransa material təqdim edənlərin nəzərinə: Çoxsaylı istəkləri nəzərə alaraq, bütün jurnal və konfrans materialları https://abbasov.net/ ünvanına yerləşdirildi.

Naxçıvan Özəl Universitetinin qurucusu və uzun illər rektoru olmuş professor İsmayıl Əliyevin oğlunun vəfatı ilə əlaqəda...
14/09/2024

Naxçıvan Özəl Universitetinin qurucusu və uzun illər rektoru olmuş professor İsmayıl Əliyevin oğlunun vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir, yaxınlarına Allahdan səbr diləyirik.

“Turizm işinin təşkili” ixtisası üzrə qiyabi təhsil alan I kurs tələbələrin dərsdən sonrakı qar sevinci…
24/01/2024

“Turizm işinin təşkili” ixtisası üzrə qiyabi təhsil alan I kurs tələbələrin dərsdən sonrakı qar sevinci…

Bu gün “Naxçıvan” Universitetinin şəhid məzunu Orxan Paşazadənin doğum günüdür. Orxan Paşazadə 1996-cı ilə Cəlilabad ray...
12/10/2023

Bu gün “Naxçıvan” Universitetinin şəhid məzunu Orxan Paşazadənin doğum günüdür.
Orxan Paşazadə 1996-cı ilə Cəlilabad rayonun Cəfərxanlı kəndində anadan olub.
“Naxçıvan” Universitetinin Xarici dillər fakültəsində təhsil alıb.
Azərbaycan Silahlı qüvvələrinin əsgəri Orxan Paşazadə 2020-ci ilin mart ayının 6-da düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olarkən şəhid olub. Erməni təxribatı nəticəsində şəhid olan sərhədçi əsgərimizin cənazəsi yaşadığı Cəlilabad rayonunun Cəfərxanlı kəndinə gətirilib və orada dəfn olunub.
Ruhu şad olsun! Vətən sağ olsun!

07/03/2023

Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram.

Əcnəbi tələbələr Naxçıvanşünaslıq mərkəzi ilə tanış olub                 “Naxçıvan” Universitetində təhsil alan əcnəbi t...
19/12/2022

Əcnəbi tələbələr Naxçıvanşünaslıq mərkəzi ilə tanış olub

“Naxçıvan” Universitetində təhsil alan əcnəbi tələbələr Naxçıvan Muxtar Respublikası Naxçıvanşünaslıq Mərkəzi ilə tanış olublar.
Mərkəzin elmi katibi Nihad Tarverdiyev mərkəz haqqında tələbələrə ətraflı məlumat verib. Bildirib ki, ötən dövr ərzində mərkəzin kitab və arxiv fondu Naxçıvanşünaslığa dair mühüm çap və arxiv materialları ilə zənginləşdirilib. Burada müasir kitabxana texnologiyaları və metodları sahəsində bir çox yeniliklər tətbiq edilib, kadrların bilik və peşə bacarıqlarının artırılması istiqamətində tədbirlər görülüb. Elmi-tədqiqat işlərinin aparılması üçün hər cür şəraitlə təmin olunan Naxçıvanşünaslıq Mərkəzinə müraciət edən 16 yaşdan yuxarı hər bir azərbaycanlı, həmçinin xarici ölkə vətəndaşları mərkəzin imkanlarından istifadə edə bilərlər. Burada Naxçıvanın demək olar ki, bütün elm sahələrinə aid çox dəyərli, həm də müxtəlif dillərdə olan kitablar, jurnal və qəzet materialları, xəritə və atlaslar, avtoreferatlar, albom və fotomateriallar, DVD və CD formatında sənədli filmlər və sair qorunub saxlanılır.
Qeyd olunub ki, Naxçıvanşünaslıq Mərkəzi elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərir. Bununla yanaşı doğma diyarımızın təbliği və gənc nəslin qədim tariximizi, zəngin mədəniyyətimizi, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini daha dərindən mənimsəməsi üçün mərkəz tərəfindən açıq dərslər, kitab müzakirələri, Naxçıvanşünaslığı əhatə edən müxtəlif tədbirlər təşkil olunur.

17/12/2022

Yeni dəyişikliklər dövlətin elm siyasətinin davamıdır

Kitab müzakirəsi keçirilib        Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı...
16/12/2022

Kitab müzakirəsi keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı və “Naxçıvan” Universitetinin bir qrup tələbəsinin iştirakı ilə “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan “Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” kitabının müzakirəsi həyata keçirilib.
Tədbiri giriş sözü ilə mərkəzin elmi katibi Nihad Tarverdiyev açaraq qeyd edib ki, müzakirəsi keçirilən kitab özündə bütün azərbaycanlılar üçün
əhəmiyyət kəsb edən tarixi, siyasi-ideoloji hadisələri əhatə edir. Bu müraciətdə milli tariximizin bütün dövr və mərhələlərinə yüksək peşəkarlıqla qiymət verilib, geridə qalan əsrlərdə baş vermiş ictimai-siyasi proseslər barədə obyektiv mülahizələr səsləndirilib və gələcək inkişaf yolları müəyyənləşdirilib.
Qeyd olunub ki, ölkəmizdə müstəqil dövlət təsisatlarının yaradılması, beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğunun böyük vüsət alması, suverən Azərbaycanın əsas qanunu olan müstəqil Konstitusiyanın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin
təmin olunması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi ilə bağlı proseslərin müvəffəqiyyətli həlli şəxsən ulu öndər Heydər Əliyevin tarixi xidmətləridir. 1994- cü ildə ulu öndər Heydər Əliyevin neft strategiyasının reallaşdırılmasını təmin edən “Əsrin Müqaviləsi”-nin imzalanması Azərbaycan xalqının öz maddi
sərvətlərinin, o cümlədən neftinin həqiqi sahibi kimi çıxış etməsinin təntənəsinə çevrilib. Bu müqavilə ölkəmizin tarixində yeni dövr açıb, dinamik inkişafın
təməlini təşkil edərək müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmlənməsi və Azərbaycanın bu gün dünyada analoqu olmayan templə davamlı inkişafı üçün zəmin yaradıb.
Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına dərin məzmunlu müraciətində xalqın ötən yüzillikdə keçdiyi keşməkeşli və şərəfli yola, ən müxtəlif sahələrdə qazandığı uğur və nailiyyətlərə tarixi-politoloji aspektdə nəzər salmış, qloballaşma proseslərini daha da genişlənəcəyi yeni əsrdə qarşıda duran vəzifələrdən söz açmışdır. Müraciətdə o da vurğulanıb ki, bütün bəşəriyyətlə birgə Azərbaycan xalqı da XXI əsrə, üçüncü minilliyə böyük nikbinliklə qədəm qoyur. Əsrlərin və minilliklərin qovuşduğu bu gün tarixin xüsusi bir anıdır - hər bir bəşər övladı kimi, Azərbaycan vətəndaşı da belə tarixi hadisənin
məhz onun taleyinə, onun həyatına təsadüf etməsindən böyük şərəf və qürur hissi
duyur.
Kitabda qeyd olunub ki, ulu öndər Azərbaycan xalqının yüz ildən sonra, gələcək əsrləri əhatə edən elə bir inkişafına və intibahına zəmin yaratmaq istəyirdi ki, həmin dövrlərdə yaşayacaq nəsillər üçün heç bir problem qalmasın. Ümummilli
liderimiz Heydər Əliyev “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında” adlı müraciətində qeyd edib ki: “Müstəqilliyimiz möhkəmlənəcək, torpaqlarımız azad olunacaq, Azərbaycan Respublikası sülh və firavanlığa qovuşacaq”. Bugün bu arzular Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində reallaşdırılıb, müqəddəs torpaqlarımız işğaldan azad edilib.
Sonda Mərkəzdə yaradılan kitab sərgilərinə baxış olub.

"Naxçıvan" Universitetində doktorant və dissertantların ixtisas üzrə imtahanı keçirilib        Ali təhsil ocağında "Azər...
15/12/2022

"Naxçıvan" Universitetində doktorant və dissertantların ixtisas üzrə imtahanı keçirilib

Ali təhsil ocağında "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2022-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı" na əsasən universitetdə doktorantura və dissertantura mərhələsində təhsil alanların "Etnopedaqogika", “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi”, "Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (Azərbaycan dilinin tədrisi metodikası)”, “İqtisadi coğrafiya”, "Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi”, "Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi”, "Müəssisələrin təşkili və idarə olunması”, "Ümumi iqtisadiyyat” fənləri üzrə ixtisas imtahanı keçirilib.
Yazılı şəkildə keçirilən imtahanda 8 namizəd iştirak edib. Namizədlər 2 saat davam edən imtahanda bilet şəklində tərtib edilən sualları cavablandırıb.
İmtahan təşkil edilən müvafiq komissiya tərəfindən qəbul edilib. Komissiya üzvləri iddiaçıların ixtisas üzrə hazırlığını, elmi araşdırma imkanlarını qiymətləndiriblər.

Əhməd Cavad - 130 “Naxçıvan” Universitetində konfrans keçirilib        "Naxçıvan” Universitetində milli istiqlal şairi Ə...
15/12/2022

Əhməd Cavad - 130
“Naxçıvan” Universitetində konfrans keçirilib

"Naxçıvan” Universitetində milli istiqlal şairi Əhməd Cavadın 130 illiyi münasibətilə konfrans keçirilib.
“Əhməd Cavad yaradıcılığına elmi-nəzəri baxış” mövzusunda keçirilən konfransda əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Sonra görkəmli şair Əhməd Cavadın həyat və yaradıcılığından bəhs edən videoçarxa baxış olub.
Universitetin rektoru Nurlana Əliyeva iştirakçılara Azərbaycan Respublikası Prezidentinin “Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında” 20 aprel 2022-ci il tarixli Sərəncamını konfrans iştirakçılarının diqqətinə çatdırıb. Rektor Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış ictimai xadim Əhməd Cavadın azadlığa yol açan, maarifçiliyə işıq tutan ideyaları barədə danışıb. Bildirib ki, latın qrafikalı əlifbanı müdafiə edən ilk ziyalılardan olan, Balkan müharibəsində iştirak edən, könüllü əsgər kimi İstanbulun azad olunması uğrunda döyüşən, I Dünya müharibəsində ermənilərə qarşı vuruşan Əhməd Cavad Bakıdakı “Cəmiyyəti-xeyriyyə” təşkilatının fəal üzvlərindən biri kimi Azərbaycanın müstəqil, doğma xalqını xoşbəxt görmək istəyib. Buna görə də görkəmli ziyalı saxta ittihamlarla həbs edilib, dəhşətli işgəncələrə məruz qalıb və 1937-ci il repressiyasının qurbanı olub.
“Əhməd Cavad və ədəbi dilimiz” mövzusunda çıxış edən professor Sədaqət Həsənova onun şeirlərindən nümunələr səsləndirərək romantik şairin yaradıcılığının Azərbaycan dilinin inkişafına, lüğət tərkibinin zənginləşdirilməsinə olan xidmətlərindən bəhs edib.
“Əhməd Cavad şeirlərinin dil-üslub xüsusiyyətləri” mövzusunda çıxış edən universitetin müəllimi, dosent Arifə Zeynalova dövlət rəmzlərimizi yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin vətənpərvərlik duyğularının poetik ifadəsindən ətraflı bəhs edib.
Konfransda universitetin müəllimi Şəbnəm Əhmədovanın “İstiqlal şairi Əhməd Cavad” mövzusunda çıxışı da dinlənilib, tələbələr Əhməd Cavadın vətənpərvərlik mövzusunda şeirlərini bədii qiraət ediblər.

Address


Telephone

+994365455701

Website

Alerts

Be the first to know and let us send you an email when ‟Naxçıvan” Universiteti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your university to be the top-listed University?

Share