ADPU nın nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci

Bakı Sənaye- Pedaqoji Kollecinin yaranma tarixi haqqında

Bakı Sənaye-Pedaqoji Kolleci Sabuncu rayonu ərazisində Yusif Qasımov küçəsi 41-də yerləşən qədim binada fəaliyyət gostərir.(Az 1034 , www.bakspt.narod.ru). SSRİ Nazirlər Sovetinin 22 mart 1921-ci il tarixli 27¹ li əmri ilə kollecin binasında ilk dəfə həqiqi axşam məktəbi yaradılmışdır.

1929-cu ildə SSRİ Nazirlər Soveti Dövlət Texniki Peşə Təhsili Komitəsinin 23 fevral tarixli 86¹li əmri ilə həqiqi axşam məktəbi Umumiittifaq Bakı Sənaye Texnikumuna cevrilmişdir. SSRİ Nazirlər Sovetinin Texniki –Peşə Təhsili Komitəsinin 3 iyul 1967 ci il tarixli 42¹li əmri ilə Umumiittifaq Bakı Sənaye Texnikumunun adı dəyişdirilərək Umumiittifaq Bakı Sənaye-Pedaqoji Texnikumu adlandırılmışdır. SSRi Nazirlər Soveti Dovlət Texniki Peşə təhsili Komitəsinin 4 fevral 1991-ci il tarixli 246¹li əmri ilə Bakı Ümumiittifaq Sənaye-Pedaqoji Texnikumu, Bakı Sənaye-Pedaqoji Texnikumu kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə kecirilmişdir. Yarandığı gündən texnikumda Sovet İttifaqının Maşınqayırma və neft sənayesi üçün müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilmişdir.1967- ci ildə Umumiittifaq Bakı Sənaye-Pedaqoji texnikumu kimi Sovet İttifaqı regionları ilə yanaşı texnikumda Banqladeş, Kuba, Vyetnam, Suriya, Yəmən, Əfqanıstan və s. kimi ölkələrin vətəndaşları da texnikumda müxtəlif ixtisaslar üzrə təhsil almışlar.Bu zaman texnikumda “Qaynaq İstehsalının texnologiyası”, “Mulki və Sənaye Binalarının tikintisi”, “Avtomobillərin təmiri və texniki qulluğu”, “Tikiş istehsalının texnologiyası”, “Kənd təsərrufatının mexanikləşdirilməsi və Muhasibat ucotu” kimi ixtisaslar uzrə peşə məktəbləri və Sənaye sahələri uzrə kadr hazırlığı həyata keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Sovetinin 25.01.1991-ci il tarixli 11\8-20¹li məktubuna əsasən texnikumun Quba rayonunda filialı açılmışdır. Azərbaycan Respublikası Təhsil naziri M.Mərdanovun 12 sentyabr 2000-ci il tarixli,862¹li əmrinə əsasən Gəncə təsərrufat hesablı Məişət Xidməti Kollecinin Balakən,Qax, Dəvəci və Qusar rayonlarında olan şobələri Bakı Sənaye-Pedaqoji texnikumuna birləşdirilmişdir. Texnikumda kadr hazırlığı təhsil qanununa və dovlətin təhsil siyasətinə uyğun həyata kecirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 112¹li 16 iyun 2010-cu il tarixli qərarı ilə Bakı Sənaye-Pedaqoji Texnikumunun adı dəyişdirilərək Bakı Sənaye-Pedaqoji Kolleci adlandırılmışdır. Hazırda kollecdə 7 əyani şobə, istehsalat şobəsi və 2 qiyabi şobələrdə aşağıdakı ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir:

1.Fiziki tərbiyə muəllimliyi (umumi orta təhsil bazası üçün);

2.Texnologiya muəllimliyi;

3.Peşə təlimi(muhasibat ucotu, nəqliyyatda daşımaların təşkili);

4.İnformatika müəllimliyi(ümumi orta təhsil bazası üçün);

5.Təsviri incəsənət muəllimliyi;

6.İbtidai sinif müəllimliyi;

7.Yol hərəkətinin təşkili;

8.Geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsi. Peşə təlimi ixtisasında, peşə məktəb və liseyləri ucun istehsalat təlimi ustaları və ixtisas fənn muəllimləri hazırlanır. Hazırda kollecdə 220 nəfər müəllim 2542 tələbənin təhsili ilə məşğuldur. Direktor muavini: F.Məmmədov

30/06/2018

Salamlar kimler var?

07/04/2018

Biz burdayıq. Siz yoxsunuz. :)

06/04/2018
Kolleclərə ərizə qəbulu başladı
01/03/2018

Kolleclərə ərizə qəbulu başladı

Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün Azərbaycanın orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edir. DİM-dən Oxu.Az-a verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinə ərizələrin qə...

17/01/2018

Kollec kitabxanasından istifadə edirsiniz?

17/01/2018

Eşitdim, eşqbazlıq etdiyimiz boş otaqları zəbt ediblər. Düzdü?

Address

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
Sabunçu Raion

Alerts

Be the first to know and let us send you an email when ADPU nın nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to ADPU nın nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci:

Shortcuts

Share