SABAH qrupları

  • Home
  • SABAH qrupları

SABAH qrupları "SABAH" (Savadlı, Bacarıqlı və Hazırlıqlı) qruplarına dair məlumat səhifəsi.

Növbəti tədris ilindən başlayaraq ali təhsil müəssisələri üzrə “SABAH qrupları”nın, yəni, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət qrupların təşkili nəzərdə tutulur. Bu yeniliyin məqsədi təhsildə göstəriciləri ilə fərqlənən tələbələrə yüksək keyfiyyətli təhsil almaq üçün əlverişli şəraitin yaradılmasından ibarətdir. Bu layihə 32 ali təhsil müəssisəsində 52 ixtisas üzrə təhsil alan 20 min tələbəni əhatə edəcəkdir.
Əlaqə üçün: Təhsil Nazirliyinin məlumat mərkəzi (146), [email protected].

SABAH qrupları Azərbaycan Rəssamlıq Akademiyasının “Dizayn” ixtisasının 2026-cı il məzunu Məryəm Seyidova beynəlxalq nüf...
12/07/2026

SABAH qrupları Azərbaycan Rəssamlıq Akademiyasının “Dizayn” ixtisasının 2026-cı il məzunu Məryəm Seyidova beynəlxalq nüfuza malik Adobe Dünya Çempionatının ( Certified Professional ) Azərbaycan üzrə milli mərhələsində uğur qazanıb.

Baku Design Academy tərəfindən təşkil olunan milli seçim mərhələsinin nəticələrinə əsasən, Məryəm Seyidova 1000 baldan 1000 bal toplayaraq I yerə layiq görülüb.

Qeyd edək ki, Adobe Dünya Çempionatı dünyanın müxtəlif ölkələrindən gənc dizayner və yaradıcı mütəxəssisləri bir araya gətirən, onların Adobe proqramları üzrə peşəkar bacarıqlarını beynəlxalq səviyyədə qiymətləndirən nüfuzlu müsabiqələrdən biridir. Çempionat iştirakçılara həm texniki biliklərini, həm də yaradıcı düşüncə və dizayn həllərini nümayiş etdirmək imkanı yaradır.

Milli mərhələdə əldə etdiyi yüksək nəticəyə görə məzunumuz Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə ABŞ-ın Kaliforniya ştatında keçiriləcək beynəlxalq final mərhələsində ölkəmizi təmsil edəcək.

Məzunumuzu bu əlamətdar uğur münasibətilə təbrik edir, beynəlxalq səhnədə yeni nailiyyətlər arzulayırıq.

SABAH qrupları Bakı Dövlət Universitetinin Kimya müəllimliyi ixtisasının 2018-ci il məzunu Əlmusa Atamaliyevin uğuru.
11/07/2026

SABAH qrupları Bakı Dövlət Universitetinin Kimya müəllimliyi ixtisasının 2018-ci il məzunu Əlmusa Atamaliyevin uğuru.

Azərbaycanlı gənc tədqiqatçının elektrokimya sahəsində araşdırması beynəlxalq kitabda işıq üzü görüb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin mərkəzinin akademik məsləhətçisi Əlmusa Atamaliyevin həmmüəllifi olduğu "Electrochemical Materials, Electric Vehicle Batteries: Advanced Chemistry–Industrial Transformation" adlı elmi bölmə "Contemporary Debates and Interdisciplinary Approaches in Natural Sciences and Mathematics" adlı beynəlxalq kitabda dərc olunub.

ƏtraflI: https://muallim.edu.az/azerbaycanli-genc-tedqiqatcinin-elmi-isi-beynelxalq-akademik-kitabda-derc-olunub

“SABAH-ın Məzunu 2026” tədbirində ən yüksək göstəriciləri ilə fərqlənən SABAHın məzunları ali təhsil müəssisələrinin rek...
10/07/2026

“SABAH-ın Məzunu 2026” tədbirində ən yüksək göstəriciləri ilə fərqlənən SABAHın məzunları ali təhsil müəssisələrinin rektorları tərəfindən təltif olunublar.

Bütün məzunlarımızı ürəkdən təbrik edir, onlara yeni nailiyyətlər arzulayırıq!

09/07/2026

09/07/2026
09/07/2026

“SABAH qrupları Azərbaycan ali təhsil sisteminin bir brendinə çevrilib. Eyni zamanda da Azərbaycan ali təhsil sistemində keyfiyyətlə bağlı olan hədəflərimiz istiqamətində atılmış ən mühüm addımlardan biridir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev “SABAH-ın Məzunu 2026” tədbirində səsləndirib.

Nazir bildirib ki, bu gün məzun olan SABAH tələbələrinin bir çoxu bu layihə başlayarkən hələ orta məktəbdə oxuyan, yaxud da təhsilin digər səviyyələrində təhsil alan uşaqlar olublar.

Ətraflı: https://muallim.edu.az/nazir-sabah-ali-tehsil-sisteminin-brendine-cevrilib

08/07/2026
İyulun 8-də Heydər Əliyev Sarayında “SABAH-ın Məzunu 2026” tədbiri keçirilib. Tədbirdə çıxış edən elm və təhsil naziri E...
08/07/2026

İyulun 8-də Heydər Əliyev Sarayında “SABAH-ın Məzunu 2026” tədbiri keçirilib.

Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, SABAH qrupları ötən illər ərzində Azərbaycan ali təhsilinin uğurlu brendinə çevrilərək istedadlı gənclərin potensialının reallaşdırılmasına, rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasına xidmət edir.

Qeyd edək ki, 2025/2026-cı tədris ilində 11 ali təhsil müəssisəsi üzrə 1285 bakalavr və 452 magistr SABAH qruplarını bitirir. Hazırda SABAH qrupları layihəsi 13 ali təhsil müəssisəsini, 8 ixtisas istiqaməti üzrə 71 ixtisas və ixtisaslaşmanı, bakalavriat və magistratura səviyyələri üzrə 2785 tələbəni və 8212 məzunu əhatə edir.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23213-1

2 iyul tarixində SABAH İncəsənət Festivalı çərçivəsində Bakı Musiqi Akademiyası SABAH qrupları tələbələrinin konsert pro...
03/07/2026

2 iyul tarixində SABAH İncəsənət Festivalı çərçivəsində Bakı Musiqi Akademiyası SABAH qrupları tələbələrinin konsert proqramı uğurla keçirildi.

Konsert proqramında Bakı Musiqi Akademiyasının SABAH qruplarında təhsil alan tələbələr müxtəlif tərkibli kollektiv və solo ifalarla çıxış etdilər. Gecədə “Xarı Bülbül” xor kollektivi, SABAH xoru, Detaşe SABAH kamera ansamblı, eləcə də fortepiano, nəfəs alətləri, simli alətlər və kamera ansambllarının ifasında klassik və müasir bəstəkarların əsərləri səsləndirildi. Konsert boyu kollektiv və solo çıxışlar tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.

Qeyd edək ki, SABAH İncəsənət Festivalı gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq fəaliyyətinin dəstəklənməsi və milli musiqi ənənələrinin təbliği məqsədilə keçirilir. Festival çərçivəsində təşkil olunan bu konsert də tələbələrin əldə etdikləri bilik və bacarıqların nümayişi, həmçinin onların peşəkar inkişafına töhfə verən mühüm mədəniyyət tədbirlərindən biri oldu.

SABAH İncəsənət Festivalının açılış mərasimi keçirilib.Müasir İncəsənət Muzeyində təşkil olunan tədbir SABAH qrupları la...
02/07/2026

SABAH İncəsənət Festivalının açılış mərasimi keçirilib.

Müasir İncəsənət Muzeyində təşkil olunan tədbir SABAH qrupları layihəsinin incəsənət istiqamətləri üzrə təhsil alan tələbələrinin yaradıcılıq nailiyyətlərini nümayiş etdirmək, gənclər arasında təhsilə və yaradıcılığa marağı artırmaq, eləcə də ictimaiyyəti ali təhsildə əldə olunan uğurlarla tanış etmək məqsədi daşıyıb.

Açılış mərasimində dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbər və əməkdaşları, incəsənət ictimaiyyətinin nümayəndələri, rəssamlar və digər qonaqlar iştirak ediblər.

Festivalın ilk təqdimatlarından biri olaraq Azərbaycan Rəssamlıq Akademiyası ( ) SABAH tələbələrinin dizayn və dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgisi təşkil olunub. Müasir İncəsənət Muzeyində nümayiş olunan sərgidə tələbələrin hazırladıqları bədii xalça, bədii keramika və şüşə, bədii metal, bədii toxuculuq, dekorativ rəngkarlıq nümunələri, eləcə də dizayn işləri təqdim edilib.

Açılış proqramı çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ( ) SABAH tələbələrinin ifasında “Rəssam, sevgilimin şəklini gəl çək” adlı bədii kompozisiya təqdim olunub.

Daha sonra Azərbaycan Rəssamlıq Akademiyası SABAH qrupları tələbələrinin hazırladıqları geyimlərdən ibarət dəfilə nümayiş etdirilib. Dəfilədə tələbələrin moda dizaynı sahəsində hazırladıqları yaradıcı işlər təqdim olunub. Nümayiş zamanı gənc dizaynerlərin fərdi yanaşması, müxtəlif materiallardan istifadə bacarığı, forma və rəng həllərində tətbiq etdikləri müasir üslub diqqət çəkib.

Qeyd edək ki, AzRA SABAH tələbələrinin əl işlərindən ibarət sərgi 2-3 iyul tarixlərində də Müasir davam edəcək və bütün ziyarətçilər üçün açıq olacaq.

SABAH İncəsənət Festivalı incəsənətin müxtəlif istiqamətlərində təhsil alan gənclərin yaradıcılıq imkanlarının nümayiş etdirilməsi, onların peşəkar inkişafının dəstəklənməsi və gələcəyin yaradıcı mütəxəssislərinin tanıdılması məqsədi daşıyır.

Address

Xətai Prospekti, 49

Alerts

Be the first to know and let us send you an email when SABAH qrupları posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to SABAH qrupları:

Shortcuts

  • Want your university to be the top-listed University?

Share