Azərbaycan Turizm və Menecment Universiteti

Azərbaycan Turizm və Menecment Universiteti Azərbaycan Turizm və Menecment Universiteti - ATMU
Suallarınızı və istəklərinizi səhifənin Marketinq
2. Menecment
3. Linqvistika (ing/az, ing/rus)
2.

Azərbaycan Turizm və Menecment Universiteti - ATMU
Azərbaycan Turizm İnstitutu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 25 avqust tarixli 925 saylı fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 fevral tarixli 45 saylı qərarı ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılmışdır. Hal – hazırda ATİ – də 3 fakültə (Biznes İdarəçiliyi, Xidmət mühəndisliyi, Turizm və Qonaqpərvərlik), 10 kafedra (Menecment, Marketinq, İngilis dili, Turizmin linqvistik təminatı, Turizm biznesinin təşkili və idarə edilməsi, Otel və restoran biznesi, İctimai fənlər, Beynəlxalq münasibətlər, İqtisadiyyat, İnformasiya Texnologiyaları) fəaliyyət göstərir. Fakültələr üzrə təklif olunan proqramlar (ixtisaslar) aşağıdakılardır:
Biznes İdarəçiliyi fakültəsi:
1. Maliyyə
Turizm və Qonaqpərvərlik fakültəsi:
1. Turizm və otelçilik
3. Turizm və otelçilik (ingilis dilində)
Xidmət mühəndisliyi fakültəsi:
1. Qida mühəndisliyi
2. Nəqliyyat servisi
3. Regionşünaslıq (Qafqaz ölkələri üzrə)
4. Beynəlxalq münasibətlər
5. Muzeyşünaslıq və arxiv işi
6. Sosial iş

Azərbaycan Turizm İnstitutu yarandığı gündən tədrisin təşkilini Boloniya prosesi standartları əsasında qurmuşdur. Müxtəlif xidmət sahələrinə uyğun ixtisaslı mütəxəssislərin hazırlanması yönündə qısamüddətli kursların təşkili, turizm müəssisələrinə təşkilati, konsultativ və elmi-metodiki köməkliklər göstərilməsi, ATİ tələbələrinin tədris proqramlarına uyğun olaraq müxtəlif turizm obyektlərində tanışlıq və istehsalat təcrübəsi təşkili istiqamətində işlər görülür. ATİ özünün beynəlxalq əlaqələrinin qurulmasına və inkişaf etdirilməsinə xüsusi diqqət ayırır. 4 iyul 2007-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və ATİ ilə Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti arasında “Turizm təhsili sahəsində beynəlxalq əməkdaşlıq müqaviləsi” və Akademik Müqavilə şərtlərinə əsasən I kursun sonunda IELTS proqramı üzrə 6 baldan yuxarı nəticə göstərən tələbələr 4 illik bakalavr təhsili müddətinin sonunda həm ATİ-nin, həm də Krems Tətbiqi Elmlər Universitetinin diplomlarını əldə edəcəklər. İki diplom almış tələbələr IMC Universitetinin magistrantı olmaq şansı ilə bərabər dünyanın istənilən ölkəsində işlə təmin olunmaq imkanı əldə edirlər. ATİ eyni zamanda Avropa İttifaqının “Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi” proqramının qaliblərindəndir. Proqram çərcivəsində ATİ Yunanıstan, Fransa, Latviya, Bolqarıstan, İtaliya, Portuqaliya və Niderlandın on altı ali təhsil müəssisəsi ilə mübadilə proqramı həyata keçirir. Moskva Dövlət Humanitar Universiteti, Almaniyanın Oldenburq Tətbiqi Elmlər Universiteti, Şimali Kipr Girne Amerika Universiteti, Şimali Kipr Doğu Akdeniz Universiteti, ABŞ-nın Havay Universiteti kimi ali təhsil müəssisələri, Təhsilin Qiymətləndirilməsi üzrə Beynəxalq Assosiasiya (IAEA), Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ), USAİD, İUCN, İnWent, Almaniyanın Ekologiya Nazirliyi və UMİD kimi təşkilatlarla da sıx əməkdaşlıq edilir. Azərbaycan Turizm İnstitutu təhsillə yanaşı turizm sahəsinin tədqiqinə də xüsusi diqqət ayırır. 2007-ci ildə BMTİP-in “Ölkədaxili turizmin inkişafına kömək etməklə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinə İnstitusional Yardım” layihəsi çərçivəsində yaradılmış Tədqiqat və İnkişaf Mərkəzi bu istiqamətdə fəaliyyət göstərir. ATİ elmi və ictimai fəaliyyətində gənc olduğu qədər də aktivdir. İstər ölkə, istərsə də beynəlxalq səviyyədə bir çox konfransların iştirakçısı və təşkilatçısı olmuşdur. Tələbələrin fəal tələbə həyatı yaşaması üçün hər cür şərait yaradılmışdır. Gündən-günə inkişaf edən ATİ turizm sahəsində təkcə Azərbaycanın yox, bütün regionun öncül təhsil, təlim və tədqiqat mərkəzi olmağı özünə hədəf seçmişdir.

Address

Baku

Opening Hours

Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+994125644233

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Turizm və Menecment Universiteti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Azərbaycan Turizm və Menecment Universiteti:

Shortcuts

Share