“eTwinning Plus” layihəsinin əsas məqsədi xüsusi platforma vasitəsilə Avropa ölkələrindən olan məktəbləri Azərbaycan məktəbləri ilə birləşdirmək və müştərək təhsil layihələri icra etməkdir. eTwinning Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsidir və pedaqoji işçilərə ünsiyyət qurmaq, əməkdaşlıq etmək, layihələr yaratmaq, icra etmək və Avropada ən maraqlı öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir.
2005-ci ildə yarandığı ilk dövrdən başlayaraq eTwinning icmasına üzv olanların sayı getdikcə artmış və 200,000-ə çatmışdır. Avropa qonşuluq siyasəti 2004-cü ildə Avropa İttifaqı ölkələri ilə ən yaxın qonşu ölkələr arasında qarşılıqlı əlaqələrin dərinləşməsi məqsədilə işlənib-hazırlanmışdır. eTwinning Plus pilot layihəsində altı Avropaya qonşu ölkə iştirak edir: Şərq tərəfdaşlığına daxil olan Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna və Avropa-Aralıq Dənizi Əməkdaşlığına (EUROMED) daxil olan Tunis. Digər ölkələrin eTwinning layihəsinə cəlb olunması nə üçün mühümdür? eTwinning Plus əməkdaşlıq proqramı "insanlar arasında əlaqələr"in inkişaf etməsinə imkan yaradır ki, bu da Avropa İttifaqının Qonşuluq siyasətinin başlıca vəzifələrindən birini təşkil edir. eTwinning layihəsi göstərdi ki, məktəblərlə müəllimlər arasında əlaqələr onlara müstəsna faydalar verir, təhsil, cəmiyyətimizin başlıca struktur elementi sayılır, Avropaya qonşu ölkələrdə yaşayan insanlarla əlaqələr isə mədəniyyətlərarası qarşılıqlı anlayışa və dostluq münasibətlərinin daha da inkişaf etdirilməsinə kömək edəcək. Biz ümid edirik ki, bu, öz növbəsində 21-ci əsrdə Avropa qonşuluğu ölkələrində qarşılıqlı hörmət və sabit inkişafın formalaşmasına təkan verəcəkdir. eTwinning Plus portalında qeydiyyatdan keçən məktəblərə öz ölkələrində nə kimi dəstək göstəriləcək? eTwinning Plus Proqramının üzv ölkələri "Tərəfdaşa Dəstək Agentliyi" xidmətini təsis ediblər. Azərbaycanda Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi bu rolu yerinə yetirir. Agentliyin vəzifələrinə layihədə iştirak etmək üçün seçilmiş məktəbə və müəllimlərə köməklik göstərmək, təlimlər keçirmək daxildir. Layihədə necə iştirak etmək olar?
Əgər siz məktəbinizin eTwinning Plus proqramlarının iştirakçısına çevrilməsini istəyirsinizsə və yuxarıda adı sadalanan ölkələrdən birində yaşayırsınızsa, bu halda ölkənizdə olan "Tərəfdaşa Dəstək Agentliyi" xidmət ilə əlaqə yaradın və öz marağınız barədə onlara məlumat verin. Biz iştirakçı olduq. Növbəti addım nədir? Tərəfdaşa Dəstək Agentliyi ölkənizdə layihədə iştirak etmək üçün məktəblərinə qeydiyyatını həyata keçiri. Sizin məktəbiniz ilkin seçimdən keçibsə, eTwinning İşçi masasına çıxış imkanı ilə təmin olunursunuz və burada siz məktəblərlə tərəfdaşlıq əlaqələrinin qurulmasına hazır olan və eTwinning Plus portalında qeydiyyatdan keçmiş məktəb və müəllimlər haqqında məlumat əldə edə bilərsiniz. Hər bir eTwinning Plus məktəbi eTwinning layihəsində ən azı iki eTwinning ölkəsindən olan məktəblə əməkdaşlıq edə bilər.