Department of Innovations in Education / Təlimdə İnnovasiyalar kafedrası

  • Home
  • Azerbaijan
  • Baku
  • Department of Innovations in Education / Təlimdə İnnovasiyalar kafedrası

Department of Innovations in Education / Təlimdə İnnovasiyalar kafedrası Education A.M.Bayramova rəhbərlik edir. Kafedra əməkdaşlarının 4 nəfəri dissertant, 3 nəfəri isə doktorantdır.
Əsas fənlər
Pedaqoji fakültə:
1. f.f.d., dos. b/m.

Təlimdə innovasiyalar kafedrası

Təlimdə innovasiyalar kafedrası 2009-cu ildə yaradılmışdır. İlk müdiri dos. Ə.Ş.Şirəliyev olmuşdur. 2011-ci ildən kafedraya dos. Kafedra Pedaqoji fakültənin nəzdində fəaliyyət göstərir və 17 əməkdaşı var: 4 fəlsəfə doktoru, 1 dosent, 6 baş müəllim, 8 müəllim, 3 laborant. Aşağı orta oxu və nitq
2. Orta oxu və nitq
3. Yuxarı orta oxu və nitq/Yüksək oxu və nitq
4. İbtidai siniflərdə xarici dilin tədrisi metodikası
5. Öyrənmə vərdişləri (Study Skills)
İbtidai sinif müəllimliyi
6. Xarici dil (ingilis dili)
7. Xarici dilin tədrisi metodikası
8. Təsviri sənət və onun tədrisi metodikası
9. Həyat bilgisi və onun tədrisi metodikası
10. Musiqi və onun tədrisi metodikası
11. Texnologiya və onun tədrisi metodikası
12. Təlim nəticələrinin qiymətləndirilməsinin forma və vasitələri
Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsi:
13. Akademik yazı və oxu (Amerikaşünaslıq, Böyük Britaniyaşünaslıq, Almaniyaşünaslıq, Fransaşünaslıq, Qafqazşünaslıq, İsrail və Yaxın Şərq, Hindistanşünaslıq, Asiya və İndoneziya, Skandinaviyaşünaslıq)
Seçmə fənlər
Pedaqoji fakültədə:
1. Xarici dillərin tədrisində İKT-dən istifadə
2. Xarici dilin tədrisində innovasiyalar (Innovations in ELT)
3. Akademik yazı və oxu
4. Dil sisteminin tədrisinin praktiki yolları
5. Tənqidi oxu və səmərəli yazı (Critical Reading and Effective Writing)

Təlimdə innovasiyalar kafedrasının təməl prinsipləri:

• İnnovativlik-resurslardan istifadənin və fəaliyyətin səmərəliliyini artırmaq üçün daim yenilikləri öyrənmək və tətbiq etmək

• Açıqlıq-yerli, regional və qlobal təşəbbüslərə çevik qoşulma, müxtəlifliklərə və fərqli münasibətlərə dözümlü yanaşma


• Əməkdaşlıq-problemlərin həllində partnyorlarla əməkdaşlıq edərək öz qabiliyyətlərini reallaşdırmaq üçün yollar axtarmaq

• Yaradıcılıq-yeni bilik əldə etmək və yaradıcı mövqedən yanaşaraq və təcrübəyə tətbiq edərək məqsədlərə çatmaq üçün istifadə etmək


• Öyrənməyi öyrətmək-təhsili hazır biliklərin verilməsi istiqamətində deyil, biliklərin əldə edilməsi üzərində qurmaq
Təlimlər:

• AWR (Academic Writing and Reading) – Akademik Yazı və Oxu

• TKT (Teaching Knowledge Test) – Bilik Öyrədən Test
Module 1
Module 2
Module 3

• CISELT (Certificate in Secondary English Language Teaching) -
İngilis Dilinin Orta Məktəbdə Tədrisi Sertifikatı

• ICT in ELT

• Learning Technologies
Kafedranın əməkdaşları təhsil lüğəti və proqramlar hazırlamışlar. Akademik yazı və oxu kitabını ingilis dilindən azərbaycan dilinə tərcümə etmişlər. Proqramlar:
• Akademik yazı və oxu
• İbtidai təhsil pilləsində xarici dilin tədrisi
• İngilis dilinin internet vasitəsi ilə tədrisi
• Xarici dillərin tədrisində innovasiyalar
• Tənqidi oxu və səmərəli yazı
• Təsviri sənət və onun tədrisi metodikası
• Həyat bilgisi və onun tədrisi metodikası
• Təlim nəticələrinin qiymətləndirilməsinin forma və vasitələri
• Texnologiya və onun tədrisi metodikası

Kafedranın zəngin kitab fondu var. Kitabların sayı 360-a yaxındır. (American and British literature, Resource Books, Academic Writing and Reading materials etc.) Təlimdə innovasiyalar kafedrasının 2012-2013-cü tədris ilində keçirdiyi treninqlər barədə məlumat

CİSELT (06.10.2012-29.12.2012) - İngilis dilinin orta məktəblərdə tədrisi sertifikatı-30 müəllim iştirak etmişdir. Treninq Təlimdə innovasiyalar kafedrasının baş müəllimi K.X.Hacıyeva və İngilis dilinin qrammatikası kafedrasının müəllimi G.Məmmədova tərəfindən aparılmışdır. İştirakçılara ADU ilə Britaniya şurasının birgə sertifikatı təqdim olunmuşdur. AYO (10.10.2012-10.02.2013) - Akademik yazı və oxu - 20 müəllim iştirak etmişdir. Treninq Təlimdə innovasiyalar kafedrasının baş müəllimləri S.E.Qurbanova və G.Ç.Hacıyeva tərəfindən aparılmışdır. Aprel ayının 16-da iştirakçılar müvafiq sertifikatlarla təltif olunmuşlar.
İKT (24.01.2013 və 15.02.2013) “İngilis dilinin tədrisində İnformasiya-Kommunikasiya Texnologiyalarının rolu” adlı treyninq keçirilib. Treninq Təlimdə innovasiyalar kafedrasının baş müəllimi S.E.Qurbanova və Xarici dillər kafedrasının müəllimi N.İsayeva tərəfindən aparılmışdır. Sonda iştirakçılara ADU-nun və Britaniya Şurasının birgə sertifikatı verilmişdir. CİSELT (06.04.2013-08.06.2013) - İngilis dilinin orta məktəblərdə tədrisi sertifikatı-20 müəllim iştirak edir. Treninq Təlimdə innovasiyalar kafedrasının baş müəllimi K.X.Hacıyeva tərəfindən aparılır. İştirakçılara ADU ilə Britaniya şurasının birgə sertifikatı təqdim olunacaq.
İKT (18.05.2013) “İngilis dilinin tədrisində İnformasiya-Kommunikasiya Texnologiyalarının rolu” adlı treyninq keçirilib. Treninq Təlimdə innovasiyalar kafedrasının baş müəllimi S.E.Qurbanova və Xarici dillər kafedrasının müəllimi N.İsayeva tərəfindən aparılmışdır. TKT (16.02.2013-30.03.2013) – “Bilik öyrədən test” adlandırılan treninqin I modulu keçirilmişdir. 6 müəllim iştirak etmişdir. Treninq Təlimdə innovasiyalar kafedrasının baş müəllimi N.M.Əliyeva tərəfindən aparılmışdır. Sonda iştirakçılar imtahan verərək ADU-nun və Kembric Universitetinin müvafiq sertifikatları ilə təltif olunmuşlar. Dövlət Statistika Komitəsində ümumi ingilis dilinin tədrisi (10.12.2012-10.06.2013) - Komitə əməkdaşlarına 6 aylıq ümumi ingilis dili üzrə iki qrupda dərslər təşkil edilmişdir. Dərslər Təlimdə innovasiyalar kafedrasının əməkdaşları b/m. S.E.Qurbanova və b/m. G.Ç.Hacıyeva tərəfindən aparılmışdır. Memarlıq və İnşaat Universiteti (16.03.2013-06.04.2013) - ADU-nun bir qrup mütəxəssisləri Memarlıq və İnşaat Universitetinin müəllimlərinin ingilis dili üzrə bilik səviyyələrini müəyyənləşdirmək üçün orada yoxlama keçirmişlər. Yoxlama komissiyası aşağıdakı tərkibdə fəaliyyət göstərmişdir:
1. Bayramova Aytən (sədr)
2. Yusifova Kəmalə
3. Nuriyeva Səadət
4. b/m. Əliyeva Şəlalə
28 yanvar 2013-cü ildən 8 fevral 2013-cü ilədək kafedranın müəllimi S.F.Ramazanova Esseks Universitetində “Bespoke Teacher Training Course” adlı treninqden keçmiş və sertifikatla təltif olunmuşdur.

İKT (18.05.2013 və 02.07.2013) “İngilis dilinin tədrisində İnformasiya-Kommunikasiya Texnologiyalarının rolu” adlı treyninq keçirilib. Sonda iştirakçılara ADU-nun və Britaniya Şurasının birgə sertifikatı verilmişdir.
24-29 iyun 2013-cü il - İnformasiya Resurs Kompleksində ADU-nun Təlimdə innovasiyalar kafedrası Britaniya Şurası ilə növbəti müştərək “STS ( Steps To Sucess) e-moderator hazırlığı” adlı layihə təşkil etmişlər. Təlimdə innovasiyalar kafedrasının 2012-2013 tədris ilində keçirdiyi tədbirlər barədə məlumat
20 oktyabr 2012-ci il - Təlimdə innovasiyalar kafedrasının saathesabı müəllimi dosent Ç.Rüstəmovun rəhbərliyi ilə 319 və 320-ci qrup tələbələri Dövlət İncəsənət Muzeyinə ekskursiya təşkil etmişlər.
30 noyabr 2012-ci il - Təlimdə innovasiyalar kafedrasının saathesabı müəllimi dosent H.Məmmədovanın rəhbərliyi ilə 319 və 320-ci qrup tələbələri ADU-nun İnformasiya və Resurs Mərkəzində “QİÇSə yox deyirik” adlı tədbir keçirilmişdir.
13 dekabr 2013-cü il - Təlimdə innovasiyalar kafedrasının saathesabı müəllimi dosent N.Zeynalovanın rəhbərliyi ilə 424 və 425-ci qrup tələbələri Mərdəkanda yerləşən Dendrali bağına ekskursiya təşkil etmişlər.
20 dekabr 2012-ci il - ADU-nun İnformasiya və resurs mərkəzində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar olaraq Təlimdə innovasiyalar və əlavə təhsil kafedrasının müəllimi F.N.Qurbanzadə I kurs Esseks qrupunun tələbələri ilə “A guest from England” adlı tədbir keçirmişlər.
25 yanvar 2013-cü il - Təlimdə innovasiyalar kafedrasının saathesabı müəllimi dosent N.Zeynalovanın rəhbərliyi ilə 424 və 425-ci qrup tələbələri Nəsimi rayonunda yerləşən Kimsəsiz Uşaqların Sığınacağına yardım təşkil etmişlər və Xəzər rayonunda yerləşən 4 saylı İnternat məktəbinə ərzaq və qış paltarları aparmışlar.
14 mart 2013-cü il - ADU-nun İnformasiya və resurs mərkəzində Təlimdə innovasiyalar kafedrasının baş müəllimi H.F.Ağayeva Novruz Bayramı ilə əlaqədar olaraq 207-ci qrup tələbələri ilə tədbir keçirmişlər.
18 aprel 2013-cü il - ADU-nun İnformasiya və resurs mərkəzində Təlimdə innovasiyalar kafedrasının baş müəllimi H.F.Ağayeva Esseks və II kurs tələbələri ilə birlikdə “Domestic Violence” (“Məişət zorakılığı”) adlı tədbir keçirmişlər.
02 may 2013-cü il - ADU-nun İnformasiya və resurs mərkəzində Təlimdə innovasiyalar kafedrasının baş müəllimi H.F.Ağayeva 207-ci qrup tələbələri ilə birlikdə Ümummilli lider H.Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar olaraq tədbir keçirmişlər.
04 may 2013-cü il - ADU-nun Təlimdə innovasiyalar kafedrasında kafedranın əməkdaşları b/m. G.Ç.Hacıyeva Ümummilli lider H.Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar olaraq Esse müsabiqəsi keçirmişlər. Sonda qaliblər sertifikatlarla və müxtəlif hədiyyələrlə təltif olunmuşlar.
24 may 2013-cü il - ADU-nun Akt zalında Məşhur ingilis yazıçısı Ceyn Ostinin “Qürur və qərəz” əsərinin 200 illik yubileyi ilə əlaqədar olaraq Təlimdə innovasiyalar kafedrasının müəllimləri Z.O.Yusifova və Z.A.İbrahimova 207, 301, 312, Esseks II və Esseks III qrup tələbələri ilə həmin əsəri tamaşaya qoymuşlar.

1 iyul, 2016-cı il tarixində Azərbaycan Dillər Universiteti və Təlimdə İnnovasiyalar kafedrasının dəstəyi ilə Təlimdə İn...
02/07/2016

1 iyul, 2016-cı il tarixində Azərbaycan Dillər Universiteti və Təlimdə İnnovasiyalar kafedrasının dəstəyi ilə Təlimdə İnnovasiyalar kafedrasının müəllimi Könül Hacıyeva Oxford EAP dərsliyinin təqdimatını keçirib.

Təlimdə innovasiyalar kafedrasının əməkdaşları baş müəllim Gülnarə Hacıyeva və müəllim Zarema İbrahimovanın rəhbərliyi i...
02/07/2016

Təlimdə innovasiyalar kafedrasının əməkdaşları baş müəllim Gülnarə Hacıyeva və müəllim Zarema İbrahimovanın rəhbərliyi ilə təşkil olunan CISELT təlimində iştirakçıların təqdimatları

Təlimdə innovasiyalar kafedrasının baş müəllimi Hüzurə Ağayevanın uzun müddət üzərində çalışdığı metodiki vəsait işıq üz...
02/06/2016

Təlimdə innovasiyalar kafedrasının baş müəllimi Hüzurə Ağayevanın uzun müddət üzərində çalışdığı metodiki vəsait işıq üzü görüb.

Təlimdə innovasiyalar kafedrasının müəllimi dissertant Fatma Qurbanzadə 5-26 may tarixlərində Azərbaycan Respublikası Tə...
02/06/2016

Təlimdə innovasiyalar kafedrasının müəllimi dissertant Fatma Qurbanzadə 5-26 may tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin xətti, Çin Xalq Respublikasının Ticarət Nazirliyinin dəstəyi, eyni zamanda Ninqbo Politexnik Universitetinin təşkilatçılğı ilə Çində baş tutan beynəlxalq seminarda uğurla iştirak edib.

Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müdiri, dosent Nigar Zeynalova və Təlimdə innovasiyalar kafedrasının müəllimi Fatma Qurbanzadə 5-26 may tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin xətti, Çin Xalq Respublikasının Ticarət Nazirliyinin dəstəyi, eyni zamanda Ninqbo Politexnik Universitetinin təşkilatçılğı ilə Çində baş tutan beynəlxalq seminarda iştirak ediblər.
“Seminar for Teachers from developing Countries along the One Belt One road” adlı beynəlxalq seminarda Azərbaycan, Özbəkistan, Gürcüstan, Nigeriya, Panama, Misir və Vanuatudan olan nümayəndələr müxtəlif mövzularla bağlı mühazirələrdə çıxış ediblər. Onlar, həmçinin seminar çərçivəsində ÇXR-in Siamen, Şanxay şəhərlərinə səyahət edərək orta ümumtəhsil məktəblərində olublar, ali məktəblərdə dərsləri müşahidə ediblər.
Həftənin beş günü baş tutan mühazirələr ərzində ÇXR-in mədəniyyəti, Elmi tədqiqatın əsasları, Çin elementləri: Çin kallioqrafiyası, Müasir təlimin əsası: İnnovasiya və müasirlik, Beynəlxalq təhsil, Dərsin təşkilində ən çox istifadə olunan müasir təlim metodları və onlardan istifadə, Uğurlu dərsin təşkili və qiymətləndirilməsi, Milli mədəniyyət və xalqlararası ünsiyyət kimi mövzular ətrafında maraqlı və interaktiv diskussiyalar təşkil olunub.
Ningbo Politexnik Universitetinin prorektoru Cen Yongla görüşən Azərbaycan nümayəndə heyəti onu xalqımızın qonaqpərvərliyinin rəmzi olaraq milli mətbəximizin təamlarından sayılan paxlava və şəkərburaya qonaq ediblər. Beynəlxalq seminarda ADU-nu təmsil edən Nigar Zeynalova “Azərbaycanda təhsil sistemi”, Fatma Qurbanzadə isə “Ermənistan Azərbaycan Dağlıq Qarabağ konflikti” mövzularında Ningbo Politexnik Universitetində mühazirə oxuyublar.
Qeyd edək ki, bir aya yaxın davam edən seminara “National communication” adlı bağlanış mərasimi ilə yekun vurulub.

Təlimdə İnnovasiyalar kafedrasının müəllimi Sevil Ağayevanın rəhbərliyi ilə təşkil olunan və universitetin professor-müə...
28/05/2016

Təlimdə İnnovasiyalar kafedrasının müəllimi Sevil Ağayevanın rəhbərliyi ilə təşkil olunan və universitetin professor-müəllim heyətinin iştirak etdiyi IELTS təlimində iştirakçılar sertifikatlarla təltif olunublar.

Azərbaycan Dillər Universitetinin (ADU) Təlimdə İnnovasiyalar kafedrasının ingilis dili müəllimləri üçün təşkil etdiyi A...
23/05/2016

Azərbaycan Dillər Universitetinin (ADU) Təlimdə İnnovasiyalar kafedrasının ingilis dili müəllimləri üçün təşkil etdiyi Akademik Yazı və Oxu təlimində iştirak edən müəllimlər sertifikatlarla mükafatlandırılıb.

ADU-nun əməkdaşlarına sertifikatlar təqdim olunub

Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin (ADU) Təlimdə İnnovasiyalar kafedrasının ingilis dili müəllimləri üçün təşkil etdiyi Akademik Yazı və Oxu təlimində iştirak edən müəllimlər sertifikatlarla mükafatlandırıb. Kafedranın baş müəllimi, təlimçi Gülnarə Hacıyeva tərəfindən aparılan təlimdə ADU-nun müxtəlif kafedralarında, habelə digər ali təhsil müəssisələrində və məktəblərdə ingilis dilini tədris edən 12 müəllim iştirak edib.
Qeyd edək ki, 2015-ci ilin noyabr ayından 2016-cı ilin fevral ayına kimi davam edən təlim zamanı müdavimlər paraqraf və esseni düzgün yazmaq qaydaları, müxtəlif paraqraf və esse növləri, həmçinın yazı dərslərinin səmərəli təşkili yolları və s. haqqında hərtərəfli məlumat əldə ediblər. Axırıncı iki dərsi isə müdavimlərin müxtəlif yazı mözvuları üzrə kiçik təqdimatlarına həsr olunan təlimin sonunda iştirakçıların yazı portfolioları və təqdimatları qiymətləndirilib, müvafiq sertifikatlar təqdim olunub.

Azərbaycan Dillər Universitetinin dissertantı, Təlimdə İnnovasiyalar kafedrasının  müəllimi Fərəcova Rəna 29 aprel 2016-...
04/05/2016

Azərbaycan Dillər Universitetinin dissertantı, Təlimdə İnnovasiyalar kafedrasının müəllimi Fərəcova Rəna 29 aprel 2016-cı il tarixində Qafqaz universitetində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı”nda uğurla çıxış edərək sertifikatla təltif olunmuşdur.

Təlimdə innovasiyalar kafedrasının baş müəllimi Hüzurə Ağayeva İngilis dili Proqramları Ofisi, Təhsil və Mədəniyyət Məsə...
04/05/2016

Təlimdə innovasiyalar kafedrasının baş müəllimi Hüzurə Ağayeva İngilis dili Proqramları Ofisi, Təhsil və Mədəniyyət Məsələləri Şöbəsi, Birləşmiş Ştatların Dövlət Departamenti tərəfindən təşkil olunmuş təlimdə iştirak edərək sertifikatla təltif olunmuşdur.

Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin (ADU) Təlimdə innovasiyalar kafedrasının əməkdaşları “Peşəkar Məqsədlər ...
04/05/2016

Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin (ADU) Təlimdə innovasiyalar kafedrasının əməkdaşları “Peşəkar Məqsədlər üçün İngilis dilinin tədrisi” (FLEPP) adlı TEMPUS layihəsi çərçivəsində təlimlərdə iştirak edib. Esseks Universitetinin professoru Thomas Desmond tərəfindən aparılan təlimlər “A2-B2 səviyyələri üzrə akademik yazı və danışıq üçün qiymətləndirilmə tapşırıqları”, “Danışıq və yazı qiymətləndirməsində standartlara cavab verən və elmi təsviredicilər”, “Qiymətləndirmə tapşırıqlarını inkişaf etdirmək məqsədi ilə əməkdaşların birgə işində həmkar-müşahidə vəsaitləri”, “Qiymətləndirmədə standartlaşdırma və təkmilləşdirmə prosedurları” mövzularını əhatə edib.
Debat və diskussiyalar şəklində aparılan təlimdə müəllimlərin fəal iştirakı müşahidə olunub. Sonuncu sessiyada iştirakçılar aparılan təlimlərlə bağlı yazılı şəkildə öz müsbət rəylərini bildiriblər və belə təlimlərin mütəmadi keçirilməsini təklif olunub.

04/05/2016

ADU-da “Ən Yaxşı Esse” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bu yaxınlarda Azərbaycan Dillər Universitetində (ADU) universitetin Müəllim Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və maliyyə dəstəyi, Təlimdə innovasiyalar kafedrasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan “Ən Yaxşı Esse” müsabiqəsi keçirilib.
İngilis dilinin leksikologiyası, İngilis dilinin üslubiyyatı və Təlimdə innovasiyalar kafedrasının müəllim heyəti tərəfindən Pedaqoji (İngilis dili-alman dili) fakültənin tələbələri arasında keçirilən müsabiqənin ilkin mərhələsində 32 nəfər tələbə uğurlu nəticə göstərərək “Ümummilli lider Heydər Əliyevin gənc nəslin həyatında ali təhsilə verdiyi mühüm əhəmiyyət” mövzusunda müsabiqənin final mərhələsində iştirak ediblər.
Təlimdə innovasiyalar kafedrasının müdiri, dosent Aytən Bayramovanın sədri olduğu münsiflər heyəti yazı üçün əhəmiyyət daşıyan bir sıra meyarları, o cümlədən düzgün strukturun gözlənilməsi, məzmunun tam açılması, mövzunun yaradıcı şəkildə şərhi, fikrin faktlarla əsaslandırılması, söz ehtiyatı zənginliyi və s. nəzərə alaraq qiymətləndirmə aparıblar. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq Səbinə Şərifova birinci, Tutu Piriyeva ikinci və Gülnar Mustafayeva isə üçüncü yerə layiq görülüb.
Qeyd edək ki, qalib tələbələrlə yanaşı onların müəllimləri də mükafatlandırılıb.

Təlimdə innovasiyalar kafedrasının əməkdaşları baş müəllim Gülnarə Hacıyeva və müəllim Zarema İbrahimovanın rəhbərliyi i...
21/04/2016

Təlimdə innovasiyalar kafedrasının əməkdaşları baş müəllim Gülnarə Hacıyeva və müəllim Zarema İbrahimovanın rəhbərliyi ilə CISELT təlimi uğurla davam edir...

Address

134, R. Behbudov Street
Baku
AZ1014

Opening Hours

Monday 08:30 - 18:30
Tuesday 08:30 - 18:30
Wednesday 08:30 - 18:30
Thursday 08:30 - 18:30
Friday 08:30 - 18:30

Telephone

+994124412231

Website

Alerts

Be the first to know and let us send you an email when Department of Innovations in Education / Təlimdə İnnovasiyalar kafedrası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Department of Innovations in Education / Təlimdə İnnovasiyalar kafedrası:

Shortcuts

Share