13/07/2026
Azərbaycan Milli Konservatoriyasının nəzdində incəsənət gimnaziyasının Musiqi şöbəsinin XI sinif məzunu Nigar Həsənova Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş incəsənət müsabiqəsində iştirak edərək Gran Priyə layiq görülmüşdür. Qeyd edək ki, konsertmeyster Sevinc Cəbrayılzadə də münsiflər heyəti tərəfindən qiymətləndirilmiş və ona Gran Pri təqdim olunmuşdur. Nigarı, müəllimi Şəfiqə Məmmədovanı, konsertmeyster Sevinc Cəbrayılzadəni təbrik edirik!