ADPU - İncəsənət və Fiziki tərbiyə fakültəsi

ADPU - İncəsənət və Fiziki tərbiyə fakültəsi Faculty of Music, Fine art, Physical education and Pre-conscription training

25/08/2026
24/08/2026

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulunun nəticələri elan olundu

Tələbə adını qazanan bütün abituriyentləri təbrik edirik!

Pedaqoji Universitet Sizi qarşılamağı səbrsizliklə gözləyir.

24/08/2026

ADPU magistratura səviyyəsi üzrə boş qalan yerlərə qəbul elan edir

Azərbaycan Dövlət Pedaqoji Universiteti 2026/2027-ci tədris ili üçün magistratura səviyyəsinə boş qalan plan yerlərinə qəbul elan edir.
Qeyd edək ki, boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 24-dən 30-dək aparılacaq. İxtisaslaşma seçimində iştirak etmək hüququ olan bakalavrlar müsabiqədə iştirak etmək üçün 30 avqust saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq seçdikləri ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə qeyd edib təsdiqləməlidirlər. Hər bir bakalavr 20-dək ixtisaslaşma kodunu seçə bilər.

14/08/2026

🎓 Pedaqoji Universitet — gələcəyi qurmaq istəyənlərin seçimi!
✨ Bəs Pedaqoji Universiteti fərqləndirən nədir?
🔹 Müəllimlər məbədi
105 illik pedaqoji təhsil ənənəsinə malik olan Pedaqoji Universitet Azərbaycan təhsilinin formalaşmasında mühüm rol oynayan ali təhsil müəssisələrindən biridir. Burada illər ərzində minlərlə müəllim və təhsil mütəxəssisi yetişib.
🔹 Güclü akademik baza
Tələbələrin seçdikləri ixtisas üzrə fundamental və müasir biliklər əldə etməsi üçün formalaşdırılmış akademik mühit. Tədris prosesi yalnız nəzəri biliklərlə məhdudlaşmır, tələbələrin peşəkar inkişafına da yönəlir.
🔹 Zəngin resurslar
Tələbələrin təhsil prosesində istifadə edə biləcəyi kitabxana, elektron resurslar, tədris materialları və digər akademik imkanlar onların müstəqil öyrənməsinə və biliklərini genişləndirməsinə şərait yaradır.
🔹 E-universitet
Rəqəmsal texnologiyaların təhsil prosesinə inteqrasiyası tələbələrə universitet xidmətlərindən və tədris imkanlarından daha rahat və çevik şəkildə istifadə etməyə imkan verir.
🔹 Real təcrübə və iş imkanı
Universitetdə əldə olunan nəzəri biliklərin praktikada tətbiqi tələbələrin gələcək peşə fəaliyyətinə hazırlanmasında mühüm rol oynayır. Təcrübə imkanları tələbəyə özünü real iş mühitində sınamaq və peşə bacarıqlarını inkişaf etdirmək fürsəti verir.
🔹 Yenilənən məzmun
Təhsil məzmununun müasir tələblərə uyğun olaraq yenilənməsi tələbələrin dəyişən dünyaya və əmək bazarının gözləntilərinə uyğun bilik və bacarıqlar qazanmasına imkan yaradır. Müasir yanaşmalar, yeni tədris metodları və aktual mövzular tələbələrin daha çevik və rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasına dəstək olur
🔹 Zəngin sosial həyat
Universitet həyatı yalnız auditoriyadan ibarət deyil. Tələbələr universitetdə fəaliyyət göstərən tələbə təşkilatlarının təşkil etdiyi müxtəlif tədbirlərdə, layihələrdə, klublarda, könüllülük fəaliyyətlərində və digər sosial təşəbbüslərdə iştirak etməklə yeni dostlar qazana və öz sosial bacarıqlarını inkişaf etdirə bilərlər.
🔹 Geniş təqaüd proqramı
Tələbələrin akademik göstəricilərinin və nailiyyətlərinin dəstəklənməsi üçün müxtəlif təqaüd imkanları mövcuddur. Semestr imtahanlarının nəticələrinə əsasən universitet və fakültələr üzrə ən yüksək nəticə göstərən tələbələr əlavə adlı təqaüdlər almaq imkanı əldə edirlər. Universitetdə ümumilikdə 14 adlı təqaüd mövcuddur. Bu imkanlar tələbələri daha yüksək nəticələr göstərməyə təşviq edir.
🔹 70 faizə qədər ödənişsiz təhsil
Yüksək nəticə göstərən abituriyentlər üçün dövlət sifarişi əsasında ödənişsiz təhsil imkanları mövcuddur. Bu isə ali təhsil almaq istəyən gənclər üçün mühüm üstünlüklərdən biridir.
🔹 Sosial həssas qız tələbələr üçün yataqxana
Sosial həssas qruplara aid qız tələbələrin təhsil müddətində yaşayış məsələsinin həllinə dəstək göstərilməsi onların təhsillərini daha rahat şəkildə davam etdirməsinə imkan yaradır.
🔹 İkili diplom və beynəlxalq mübadilə
Tələbələr üçün beynəlxalq təcrübə qazanmaq, müxtəlif ölkələrin təhsil mühiti ilə tanış olmaq, xarici universitetlərlə əməkdaşlıq çərçivəsində mübadilə proqramlarında iştirak etmək və ikili diplom imkanlarından yararlanmaq perspektivləri yaradılır.
📚 Bütün bunlar bir məqsədə xidmət edir:
Tələbənin universitetə qəbul olduğu ilk gündən məzun olduğu günə qədər yalnız ixtisas üzrə bilik qazanması deyil, həm də peşəkar, sosial və şəxsi inkişafını təmin etməsi.
Çünki Pedaqoji Universitet sadəcə ali təhsil müəssisəsi deyil — gələcəyin qurulduğu məkandır.
🎓 Sən də gələcəyini qurmaq üçün doğru seçim et!

12/08/2026

Hələ də hansı universiteti seçəcəyini bilmirsən?
Cavab sadədir: Pedaqoji Universitet - Gələcəyin Qurucularının seçimi!

11/08/2026

ADPU tələbələri üçün geniş təqaüd imkanı: 14 adlı təqaüd

ADPU tələbələri dövlət tərəfindən təyin edilən və semestr imtahanlarının nəticələrinə əsasən müəyyənləşən (adi, həvəsləndirici, əlaçı) təqaüdlə yanaşı yüksək nəticələr göstərərək universitetin adlı təqaüdlərini də almaq şansı əldə edirlər.
Belə ki, semestr imtahanlarının nəticələrinə əsasən universitet və ya təhsil aldığı fakültə və ya ixtisas üzrə ən yüksək ÜOMG-nə malik olan tələbə müvafiq adlı təqaüdü almaq şansı qazanır. Təqaüdlərin fakültələr üzrə bölgüsü və meyarları ilə poserdən tanış ola bilərsiniz. Təqaüdlər tələbəyə 1 semestr ərzində verilir.
Həmçinin universitetə ən yüksək balla qəbul olunan 1 tələbəyə 1 il müddətində aylıq miqdarı 125 AZN olan Firudin bəy Köçərli adına təqaüd verilir. Bu təqaüdü alan tələbədən sonrakı 600 və daha yüksək balla ADPU-ya qəbul olunan 10 nəfər tələbəyə isə 1 semestr ərzində aylıq 200 AZN dəyərində "Uğur" təqaüdü təyin edilir.

06/08/2026

ADPU-nu seç, gələcəyinə "UĞUR"la başla!

600 bal və daha yüksək nəticə ilə ADPU-nu seçən ilk 10 tələbə ilk tədris ilinin birinci semestri ərzində aylıq 200 AZN dəyərində xüsusi “UĞUR” təqaüdü qazanır.

“UĞUR” xüsusi təqaüd proqramı ən yüksək balla ADPU-ya qəbul olunaraq “Firudin bəy Köçərli” təqaüdü (1 il ərzində, aylıq 125 AZN) alan tələbədən sonrakı, 600 bal və daha yüksək nəticə ilə universitetə qəbul olunan ilk 10 nəfər tələbəyə şamil edilir.

06/08/2026

ADPU-ya ən yüksək balla qəbul ol, "Firudin bəy Köçərli adına təqaüd" al
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının müvafiq qərarına əsasən 2022-ci ildən etibarən hər il ADPU-nun bakalavriat səviyyəsinə ən yüksək balla qəbul olunan tələbəyə 1 il müddətində "Firudin bəy Köçərli adına təqaüd" verilir. Təqaüdün məbləği 125 manatdır və 1 təqvim ili müddətini (12 ay) əhatə edir.

Address

Nasibbey Yusifbayli 60
Baku

Alerts

Be the first to know and let us send you an email when ADPU - İncəsənət və Fiziki tərbiyə fakültəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share