14/09/2026
UNEC-də keçirilən Orientasiya Günü çərçivəsində 1-ci kurs tələbələri universitetin zəngin kitabxana-informasiya resursları və təqdim olunan xidmətlər haqqında geniş məlumat əldə etdilər. Tələbələrin Kitabxana-İnformasiya Mərkəzinin stendinə böyük marağı və onlar üçün yaradılan əlverişli, geniş imkanlarla yaxından tanışlığı xüsusilə xoş təəssürat yaratdı..
Əziz UNEC tələbələri,
Sizi UNEC-in zəngin kitab fondundan, elektron kitabxanamızdan, yüksək ixtisaslı mütəxəssis kimi yetişməyiniz üçün təmin edilmiş qlobal resurslardan və göstərilən geniş xidmətlərdən fəal şəkildə faydalanmağa dəvət edirik.
Universitet illərinizi araşdıraraq, öyrənərək və UNEC-in sosial həyatında aktiv iştirak edərək daha səmərəli keçirin📚
Azərbaycan Dövlət İqtisad Universiteti UNEC