12/09/2026
Neyron Təhsil Mərkəzində bütün hazırlıq istiqamətləri ilə yanaşı fəaliyyət göstərən Kompüter kurslarında I mərhələni (Office proqram paketi) bitirən dinləyicilər imtahan verərək sertifikatlarla təmin edilirlər. Sertfikat əldə edənlər II mərhələyə, yəni diplomla təmin edilmək üçün Qrafika mərhələsinə başlayırlar. Bu mərhələni bitirənlər AutoCad, 3 ds max, Dizayn proqramlarını mənimsəmək üçün III mərhələyə başlaya bilirlər. III mərhələni bitirənlər Fəxri Diplomla təmin edilirlər.