Azərbaycan Dövlət Pedaqoji Universiteti - Tələbə Gənclər Təşkilatı

  • Home
  • Azerbaijan
  • Baku
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti - Tələbə Gənclər Təşkilatı

Azərbaycan Dövlət Pedaqoji Universiteti - Tələbə Gənclər Təşkilatı Azərbaycan Dövlət Pedaqoji Universiteti - Tələbə Gənclər Təşkilatının rəsmi səhifəsi

29 avqust – 4 sentyabr 2026-cı il tarixlərində Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Türkiyənin Anta...
10/09/2026

29 avqust – 4 sentyabr 2026-cı il tarixlərində Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Türkiyənin Antalya şəhərində “Gənclərin Dəyişimi Proqramı” çərçivəsində səfər həyata keçirilib. Səfərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Elmira Babayeva da iştirak edib.

Səfər zamanı Antalya Valiliyi, Antalya Gənclər və İdman İdarəsi, Akdeniz Universiteti və Gənclik Mərkəzləri ziyarət olunub, tarixi-mədəni məkan və muzeylərlə tanışlıq keçirilib, müxtəlif idman və sosial fəaliyyətlərdə iştirak edilib.

Proqram çərçivəsində gənclər siyasəti, sosial fəaliyyət və gənclərin inkişafı istiqamətində təcrübə mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Tələbə adını qazanan bütün abituriyentləri təbrik edirik!Sualınız və ya hər hansı məlumat almaq istədiyiniz məsələ varsa...
24/08/2026

Tələbə adını qazanan bütün abituriyentləri təbrik edirik!
Sualınız və ya hər hansı məlumat almaq istədiyiniz məsələ varsa, şərh bölməsində bizimlə paylaşa bilərsiniz. 💙

🌍 MODEL WORLD ECONOMIC FORUM (MWEF)MWEF İdarə Heyətinə üzvlük üçün müraciətlərin qəbulu elan olunurModel World Economic ...
13/08/2026

🌍 MODEL WORLD ECONOMIC FORUM (MWEF)

MWEF İdarə Heyətinə üzvlük üçün müraciətlərin qəbulu elan olunur

Model World Economic Forum (MWEF) çərçivəsində təşkilati və idarəetmə strukturunun formalaşdırılması məqsədilə MWEF İdarə Heyətinə üzvlük üçün müraciətlərə start verilir.

MWEF qlobal iqtisadi, sosial, texnoloji və geosiyasi məsələlərin simulyasiya formatında müzakirəsini, gənclərin liderlik, analitik düşüncə, qərarvermə, danışıqlar və ictimai kommunikasiya bacarıqlarının inkişafını hədəfləyən platformadır.

İdarə Heyətinin üzvü olmaq üçün aşağıdakı tələblərə cavab verən namizədlər müraciət edə bilərlər:

• ali təhsil müəssisəsində təhsil almaq;
• liderlik və komanda idarəetməsi bacarıqlarına malik olmaq;
• yüksək kommunikasiya və ictimai çıxış bacarıqlarına malik olmaq;
• analitik və tənqidi düşünmə qabiliyyətinə malik olmaq;
• layihə və tədbirlərin təşkili sahəsində təcrübəyə malik olmaq;
• komanda ilə səmərəli əməkdaşlıq etmək bacarığı;
• qlobal iqtisadi, sosial, texnoloji və geosiyasi proseslərə dair məlumatlılıq;
• Azərbaycan və ingilis dillərində effektiv kommunikasiya bacarığı;
• yüksək məsuliyyətlilik, təşəbbüskarlıq və etik davranış prinsiplərinə riayət etmək.

MWEF İdarə Heyətinin üzvləri MWEF-in strateji inkişafının müəyyənləşdirilməsi, universitetlərdə MWEF Klublarının fəaliyyətinin koordinasiyası, simulyasiyaların hazırlanması və təşkili, habelə MWEF-in yerli və beynəlxalq əməkdaşlıqlarının inkişafı istiqamətində fəaliyyət göstərəcəklər.

Müraciət edən namizədlər seçim prosesi çərçivəsində qiymətləndiriləcək və müəyyən edilmiş meyarlara uyğun olaraq MWEF İdarə Heyətinin tərkibinə seçiləcəklər.

📅 Son müraciət tarixi: 20 avqust, 2026-cı il
📌 Müraciət linki: https://forms.gle/cfiemSZmhbWXHEzr7

05/08/2026
29-31 iyul tarixlərində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Şəki şəhərində keçirilən “GİNius 48 saat” intel...
03/08/2026

29-31 iyul tarixlərində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Şəki şəhərində keçirilən “GİNius 48 saat” intellektual kvest yarışında Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının fəallarının da yer aldığı komanda Bakı Şəhər Gənclər və İdman İdarəsini təmsil edib.
Ölkənin 12 regionunu təmsil edən komandaların iştirak etdiyi yarış 48 saat fasiləsiz davam edib. Yarış müddətində iştirakçılar komanda işi, məntiq, yaradıcılıq, analitik düşüncə və çevik qərarvermə bacarıqlarını özündə birləşdirən müxtəlif intellektual və praktik tapşırıqları, kvest mərhələlərini, komanda yarışlarını və yaradıcı müsabiqələri yerinə yetiriblər.
Yarışın yekununda Bakı komandası nümayiş etdirdiyi yüksək nəticəyə görə I yerə layiq görülüb. Komanda, eyni zamanda 1500 manat məbləğində pul mükafatı qazanıb.
Qeyd edək ki, əldə olunan bu nəticə ADPU TGT-nin tələbələrinin ictimai və intellektual hərəkatda da yüksək hazırlığını, komanda ruhunu, strateji düşünmə və problem həll etmə bacarıqlarını bir daha nümayiş etdirir.

İyulun 25-də keçirilən “Gənclər arasında” layihəsinin ilk görüşündə Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gəncl...
25/07/2026

İyulun 25-də keçirilən “Gənclər arasında” layihəsinin ilk görüşündə Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) tələbələri də iştirak ediblər.

Görüşün qonağı olan Türkiyənin ilk astronavtı Alper Gezeravcı gənclərlə uğur hekayəsini, kosmosa aparan yolunu və gələcəyə dair baxışlarını bölüşüb. Tədbirin sonunda ADPU TGT tələbələri Alper Gezeravcı ilə xatirə fotosu çəkdiriblər. 🚀

20/07/2026

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçılığı və Bakı Şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə Quba rayonunda keçirilən “Gələcəyin qurucuları 3” düşərgəsinə yekun vurulub.

“Gələcəyin Qurucuları 3” düşərgəsinin beşinci günü düşərgənin bağlanış mərasimi keçirilib. Mərasim zamanı düşərgə ərzind...
19/07/2026

“Gələcəyin Qurucuları 3” düşərgəsinin beşinci günü düşərgənin bağlanış mərasimi keçirilib. Mərasim zamanı düşərgə ərzində keçirilən təlimlər, intellektual yarışlar, idman oyunları və komanda fəaliyyətləri bir daha xatırlanaraq iştirakçıların qazandıqları bilik, təcrübə və unudulmaz xatirələr vurğulanıb.
Keçirilən yarış və fəaliyyətlərdə topladıqları ümumi nəticələrə əsasən Həmrəylik komandası düşərgənin qalibi elan edilərək mükafatlarla təltif olunub.
Eyni zamanda, düşərgənin hər anını peşəkar şəkildə işıqlandıran, görülən işlərin geniş auditoriyaya çatdırılmasında əməyi olan media nümayəndələri də xüsusi təşəkkür və təltiflərlə mükafatlandırılıblar.

Düşərgənin təşkilində əməyi olan təşkilatçılara, əməkdaşlara, təlimçilərə, komanda liderlərinə, media heyətinə və bütün iştirakçılara təşəkkür edirik. Beş gün ərzində əldə olunan biliklər, qurulan dostluqlar və qazanılan təcrübələr “Gələcəyin Qurucuları 3” düşərgəsini iştirakçıların yaddaşında unudulmaz bir liderlik və inkişaf məktəbi kimi yadda saxlayacağından əminik. Ümid edirik ki, bu düşərgədə qazanılan bilik və dostluqlar gələcək uğurların möhkəm təməli olacaq. Daha böyük layihələrdə, düşərgələrdə və yeni uğurlarda yenidən görüşmək ümidi ilə💙!

Düşərgənin dördüncü günü tonqal ətrafında təşkil olunan səmimi görüşlə yekunlaşıb. İştirakçılar tonqal başına toplaşaraq...
19/07/2026

Düşərgənin dördüncü günü tonqal ətrafında təşkil olunan səmimi görüşlə yekunlaşıb. İştirakçılar tonqal başına toplaşaraq gün ərzində yaşadıqları təəssüratları bölüşüb, birlik və dostluq ruhunu daha da möhkəmləndirən xoş anlar yaşayıblar.

Gecənin ən yaddaqalan məqamlarından biri düşərgə boyunca iştirakçıların bir-birilərinə ünvanladıqları mesajların yer aldığı “Secret Box” un açılması olub. Məktublarda yer alan təşəkkür, motivasiya və xoş arzular iştirakçılar tərəfindən böyük maraq və səmimiyyətlə qarşılanıb. Oxunan hər bir mesaj düşərgə boyunca yaranan dostluq münasibətlərini, qarşılıqlı hörmət və dəstək mühitini bir daha nümayiş etdirib.

Səmimi söhbətlər, xatirələrin bölüşülməsi və tonqal ətrafında keçirilən bu unudulmaz axşam iştirakçılarda xoş emosiyalar yaradaraq düşərgənin ən təsirli və yadda qalan anlarından birinə çevrilib.

Address

Üzeyir Hacıbəyli, 68
Baku
AZ1000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Dövlət Pedaqoji Universiteti - Tələbə Gənclər Təşkilatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Azərbaycan Dövlət Pedaqoji Universiteti - Tələbə Gənclər Təşkilatı:

Shortcuts

Share