Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəsmi səhifəsi

  • Home
  • Azerbaijan
  • Baku
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəsmi səhifəsi

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəsmi səhifəsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəsmi Facebook səhifəsi

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəsmi Facebook səhifəsi

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti öz əsasını 1923-cü ildə Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürüb. O dövrdə M.F.Axundov adına Bakı Teatr Məktəbi təkcə Azərbaycan üçün deyil, Özbəkistan, Türkmənistan, Dağıstan, Krım və digər regionlar üçün də aktyor və rejissor kadrları hazırlayırdı.
1945-ci ildə Teatr Məktəbinin bazasında Teatr İnstitutu yaradılıb və 1968-ci ildən bu ali təhsil ocağı Azərbaycan Dövlət İncəsənət İnstitutu adlandırılmağa başlayıb.
1991-ci ildə İncəsənət İnstitutu Universitet statusu qazanıb. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti kimi fəaliyyət göstərən bu ali məktəbdə 5 fakültə, 25 kafedra mövcuddur, 19 ixtisas üzrə isə mütəxəssis hazırlanır. Hazırda universitetdə 3000-ə yaxın bakalavr tələbə, 125 magistrant, doktorant və dissertant təhsil alır. 43 professor, 93 dosent olmaqla ümumilikdə 312 müəllim heyəti çalışır.

📍 ADMİU-nun əcnəbi tələbəsi beynəlxalq moda tədbirində iştirak edibAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitet...
17/08/2026

📍 ADMİU-nun əcnəbi tələbəsi beynəlxalq moda tədbirində iştirak edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) əcnəbi tələbəsi Ayzada Seytibayeva Parisdə keçirilən “Art-Storytelling Paris-Deauville International Fashion Show – The Silk Roads of Fashion” beynəlxalq moda tədbirində iştirak edib.

Tədbir çərçivəsində Ayzada Seytibayeva La Galerie Dior-u ziyarət edərək dünya şöhrətli Dior Moda Evinin zəngin irsi, moda tarixinin inkişaf mərhələləri, siluetlərin transformasiyası, sənətkarlıq ənənələri və müasir dizayn yanaşmaları ilə yaxından tanış olub.

Belə məkanların ziyarəti gənc dizaynerlər üçün yalnız estetik ilham mənbəyi deyil, eyni zamanda moda tarixini, mədəni irsi və müxtəlif yaradıcılıq yanaşmalarını öyrənmək baxımından mühüm təcrübədir. Dior-un arxiv nümunələrində klassik moda kodlarının müasir materiallar, texnologiyalar və yeni dizayn ideyaları ilə necə yenidən şərh olunduğunu müşahidə etmək tələbəmiz üçün xüsusilə faydalı olub.

Ayzada Seytibayeva səfərin ona yeni ideyalar və yaradıcılıq istiqamətləri qazandırdığını, xüsusilə tarixi moda üslubları ilə müasir dizayn arasındakı əlaqəni daha dərindən araşdırmaq üçün ilham verdiyini qeyd edib.

📌Seçiminiz uğurlu, yolunuz sənətə açılsın.ADMİU-da yolunuzu gözləyirik! ✨
14/08/2026

📌Seçiminiz uğurlu, yolunuz sənətə açılsın.
ADMİU-da yolunuzu gözləyirik! ✨

10/08/2026

📌Bəs bir sənət əsərinə sadəcə baxmaq yox, onun içinə daxil olmaq mümkün olsaydı? 🎨

Leonardo da Vinçinin əfsanəvi “Sonuncu şam yeməyi” əsəri bu dəfə süni intellekt vasitəsilə sərhədlərini aşır. Kamera tablonun içinə daxil olur, yüzillərdir donmuş bir anın məkanında hərəkət edir və sonra yenidən əsərin qarşısına qayıdır.

📍ADMİU tələbəsi Alisa Ağaverdiyeva I’NAZ jurnalının yeni buraxılışında yer alıbAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət...
10/08/2026

📍ADMİU tələbəsi Alisa Ağaverdiyeva I’NAZ jurnalının yeni buraxılışında yer alıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Dram teatr və kino aktyorluğu” ixtisasının III kurs tələbəsi Alisa Ağaverdiyeva I’NAZ jurnalının iyul buraxılışında model qismində yer alıb.

Təhsili ilə yanaşı, moda və model sahəsində də fəal fəaliyyət göstərən Alisa Ağaverdiyeva hazırda “Moon Model Akademiyası”nda təhsil alır. O, indiyədək müxtəlif moda nümayişlərində, reklam çəkilişlərində və musiqi kliplərində iştirak edib.

Tələbəmiz “Baku Fashion Week” və “Georgia Fashion Week” kimi moda layihələrində də təmsil olunub. Alisa Ağaverdiyeva 20 iyun 2026-cı il tarixində Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Fashion Week”də iştirak edib və diplomla təltif olunub.

Onun I’NAZ jurnalının yeni buraxılışında yer alması da moda sahəsində qazandığı təcrübənin və yaradıcı fəaliyyətinin növbəti nəticələrindən biridir.

08/08/2026

Sənətə gedən yol ADMİU-dan keçir… ☺️
Yolunuzu gözləyirik! 💫

📍 ADMİU tələbəsi Çində keçirilən Beynəlxalq Vinq Çun Çempionatında 1 qızıl və 2 gümüş medal qazanıb22–27 iyul 2026-cı il...
08/08/2026

📍 ADMİU tələbəsi Çində keçirilən Beynəlxalq Vinq Çun Çempionatında 1 qızıl və 2 gümüş medal qazanıb
22–27 iyul 2026-cı il tarixlərində Çin Xalq Respublikasının Foşan şəhərində Beynəlxalq Uşu Federasiyasının təşkilatçılığı ilə Beynəlxalq Vinq Çun Çempionatı keçirilib. Nüfuzlu beynəlxalq yarışda 20-dən çox ölkədən 4000-dən artıq idmançı iştirak edib.
Azərbaycan Vinq Çun Federasiyasının yığma komandasının heyətində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin II kurs, tələbəsi, Vətən müharibəsi veteranı Azər Sahibi də ölkəmizi təmsil edib.
Azər Sahibi çempionatda üç kateqoriya üzrə mübarizə aparıb. O, taolu yarışların Wooden Dummy (“Taxta adam” – ənənəvi üslub) kateqoriyasında rəqiblərini geridə qoyaraq I yerə və qızıl medala layiq görülüb.
ADMİU tələbəsi, həmçinin Chi-Sao Fight (“Yapışqan əllər” döyüşü) və Chum Kiu (taolu yarışlar) kateqoriyalarında uğurlu çıxış edərək hər iki istiqamət üzrə II yerə və gümüş medala sahib olub.
Beləliklə, Azər Sahibi döyüş sənətlərinin mühüm mərkəzlərindən biri hesab olunan Çində keçirilən beynəlxalq çempionatı 1 qızıl və 2 gümüş medalla başa vurub.
Qeyd edək ki, Azər Sahibi Vinq Çun döyüş sənəti üzrə Sifu (müəllim) səviyyəsinə malikdir. O, eyni zamanda təsis etdiyi “Zəfər Vinq Çun” klubunun rəhbəri və məşqçisi kimi fəaliyyət göstərir.
Vinq Çun qədim tarixə malik Çin döyüş sənəti ənənəsinin praktik və effektiv istiqamətlərindən biri hesab olunur.

📍 GabalaFest çərçivəsində “Mədəniyyətlərin Qovşağı” Beynəlxalq İncəsənət Sərgisi başa çatıbHeydər Əliyev Fondunun təşkil...
06/08/2026

📍 GabalaFest çərçivəsində “Mədəniyyətlərin Qovşağı” Beynəlxalq İncəsənət Sərgisi başa çatıb

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Gilan Holdinqin dəstəyi ilə keçirilən “GabalaFest” bu il yenilənmiş formatda baş tutub. 29 iyul – 3 avqust tarixlərini əhatə edən festival klassik musiqi ilə yanaşı, tətbiqi incəsənət, ədəbiyyat, ustad dərsləri, sərgilər və açıq hava tədbirlərini özündə birləşdirərək Qəbələni altı gün ərzində beynəlxalq mədəniyyət və incəsənət məkanına çevirib.

Festival çərçivəsində ilk dəfə olaraq “Mədəniyyətlərin Qovşağı” Beynəlxalq İncəsənət Sərgisi təşkil olunub. Sərgidə Azərbaycanla yanaşı, müxtəlif ölkələrdən olan tanınmış rəssamların əsərləri nümayiş etdirilib.

Ekspozisiyada Azərbaycanın Xalq rəssamı Arif Əzizin seçilmiş əsərləri də yer alıb. Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən olan Arif Əziz özünəməxsus bədii üslubu, rəng həlləri və dərin məzmunlu kompozisiyaları ilə sərgi ziyarətçilərinin diqqətini cəlb edib.

Sərgidə həmçinin azərbaycanlı rəssam Röya Həsənin əsərləri də nümayiş olunub. Müəllifin təqdim etdiyi əsərlər müasir təsviri sənətdə fərdi bədii baxışı və yaradıcı axtarışları əks etdirərək iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi regionlarda fəaliyyət göstərən dövlət teatrlarında vakant olan direktor ...
06/08/2026

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi regionlarda fəaliyyət göstərən dövlət teatrlarında vakant olan direktor və direktor müavini vəzifələrinin tutulması məqsədilə müsabiqə elan edir.

Namizədlər “MyCulture” vahid şəxsi kabineti üzərindən müraciət edə bilərlər.

https://my.culture.az/

📌ADMİU-da Magistratura səviyyəsi üzrə dərs cədvəli
05/08/2026

📌ADMİU-da Magistratura səviyyəsi üzrə dərs cədvəli

📍Azərbaycan Dövlət  Mədəniyyət və İncəsənət Universitetinin magistratura səviyyəsinə qəbul olunan bakalavrların nəzərinə...
05/08/2026

📍Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistratura səviyyəsinə qəbul olunan bakalavrların nəzərinə!

Ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə elektron sənəd qəbulu prosesi
03 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək aparılacaq

Müraciətçilər https://my.gov.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

MAGİSTRATURA səviyyəsinə tələb olunan sənədlərin
SİYAHISI
Şəxsiyyət vəsiqəsinin surəti (3 ədəd);
3×4 ölçülü foto şəkil (rəngli, 3 ədəd);
Əvvəlki tədris illərinin məzunları üçün bakalavr diplomunun əsli (əlavə ilə birlikdə);
Cari ildə universiteti bitirənlər üçün isə bakalavriat səviyyəsini bitirməsi haqqında arayış (bitirdiyi universitetdən);
İmtiyazlı tələbələr imtiyazı təsdiq edən müvafiq sənədlər təqdim etməlidirlər;
Ödənişli əsaslarla qəbul olanlar üçün təhsil haqqının tam ödənilməsi haqqında qəbzin surəti;
Sağlamlıq haqqında arayış;
Hərbi bilet və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti.
Qeyd: Ödənişli əsaslarla qəbul olan tələbələr Təhsil Tələbə Kredit Fonduna müraciət edə bilərlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək tələbənin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcəkdir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində sənəd qəbulu I-V günlər saat 10:00-17:00-dək (nahar fasiləsi 13:00-14:00) əsas binada aparılacaq.
📞Tel: 012 599 00 54

Address

Əbdürrəhim Bəy Haqverdiyev Küçəsi, 11
Baku
AZ1065

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəsmi səhifəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəsmi səhifəsi:

Shortcuts

Share