Şabran rayonu üzrə təhsil sektoru

Şabran rayonu üzrə təhsil sektoru "Təhsil millətin gələcəyidir." Heydər Əliyev digər səhifələrdə əsas mənbəyini işarə etməmiş paylaşılması qadağandır.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03.09.1993-cü il tarixli əmri ilə Dəvəçi Rayon Xalq Təhsil Şöbəsinin adı dəyişdirilmiş və həmin ildən Dəvəçi rayon Təhsil Şöbəsi adlandırılmışdır. 2010-cu ildən rayonun adının dəyişdirilməsi ilə əlaqədar olaraq Dəvəçi RTŞ Şabran RTŞ kimi adlanır. Hazırda Şöbədə 3 sektor fəaliyyət göstərir. Şabran RTŞ-nin tabeliyində 20 tam orta, 17 ümumi orta, 10 ibtidai məktəb və 2 məktəbdənkənar müəssisə (UGİM, UGŞİM) var.Təhsil Şöbəsinin facebook səhifəsindən istifadə qaydaları:- Səhifədə Şöbənin səlahiyyətlərinə aid olmayan suallar cavablandırılmır - Səhifədə reklam yerləşdirmək qadağandır- BÖYÜK HƏRFLƏRLƏ yazılan müraciət, şərh, sual və s. pozulacaq- Təhqir, böhtan sözlərdən istifadə edən istifadəçi dərhal səhifədən kənarlaşdırılacaq.- Səhifədə paylaşılan məlumatların (foto, video, yazı və s.)

Şabran şəhəri 2 nömrəli tam orta məktəb liseyin şagirdləri – Tunca Mürşüdova və Xumar Cəfərli mötəbər turnirdə birinci y...
15/04/2025

Şabran şəhəri 2 nömrəli tam orta məktəb liseyin şagirdləri – Tunca Mürşüdova və Xumar Cəfərli mötəbər turnirdə birinci yerə layiq görülərək qızıl medal qazanıblar.

Təbrik edirik!

Şabran şəhəri 2 nömrəli tam orta məktəb liseyin şagirdləri – Tunca Mürşüdova və Xumar Cəfərli mötəbər turnirdə birinci yerə layiq görülərək qızıl medal qazanıblar.

Ətraflı: muallim.edu.az/news/67fdf17ebbdb7a72cfaa70bb

Təhsilverənlərin sertifikatlaşdırması ilə bağlı görüşlər keçirilibQuba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəa...
11/04/2025

Təhsilverənlərin sertifikatlaşdırması ilə bağlı görüşlər keçirilib

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin kimya, biologiya, fizika, coğrafiya, informatika, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil müəllimləri ilə sertifikatlaşdırmaya hazırlıq məqsədilə maarifləndirici görüşlər keçirilmişdir.

📢 Uşaqların I sinfə qəbulu prosesi başlayır!🗓️ 1 may saat 11:00-dan etibarən 2025–2026-cı tədris ili üzrə ümumi təhsil m...
07/04/2025

📢 Uşaqların I sinfə qəbulu prosesi başlayır!

🗓️ 1 may saat 11:00-dan etibarən 2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir. Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.

“Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin açılış mərasimi keçirilib.Bütün müsabiqə iştirakçılarına, o cümlə...
13/03/2025

“Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin açılış mərasimi keçirilib.

Bütün müsabiqə iştirakçılarına, o cümlədən Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta ümumumtəhsil məktəbinin və Roman Yusifov adına 2 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyin komandasına uğurlar arzulayırıq.

Təhsilverənlərin sertifikatlaşdırması ilə bağlı görüşlər keçirilibQuba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəa...
12/03/2025

Təhsilverənlərin sertifikatlaşdırması ilə bağlı görüşlər keçirilib

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin kimya, biologiya, fizika, coğrafiya, informatika, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil müəllimləri ilə sertifikatlaşdırmaya hazırlıq məqsədilə maarifləndirici görüşlər keçirilib.

Keçirilmiş görüşlərdə təhsilverənlərin sertifikatlaşdırması ilə əlaqədar müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Təhsil İnstitutu 2025-2026-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində metodist kimi fəaliyyət göstərəcək şəxslərin ...
17/02/2025

Təhsil İnstitutu 2025-2026-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində metodist kimi fəaliyyət göstərəcək şəxslərin seçimi üçün “Müasir metodist” müsabiqəsi elan edir.

Ölkənin müxtəlif regionlarından sertifikasiya imtahanından uğurla keçən fənn müəllimləri müsabiqədə iştirak etmək üçün müraciət edə bilərlər.

Metodist kimi fəaliyyət göstərmək istəyən namizədlər üçün aşağıdakı tələblər nəzərə alınır:

Pedaqoji təhsil;
Ən azı 7 illik pedaqoji təcrübə;
Sertifikasiya balı 51 və 51-dən yuxarı;
İKT bacarıqları;
Xarici dil üzrə bilik və bacarıqlar (arzu olunandır).

Qeydiyyatdan keçən və qeyd olunan tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunurlar. Müsahibə mərhələsindən müvəffəqiyyətlə keçən müəllimlər “Metodist hazırlığı” təlimlərinə cəlb edilirlər.

Təlimlərdə iştirak edən və uğur qazanmış namizədlər metodik xidmətə cəlb edilirlər.

Qeydiyyat üçün son müraciət tarixi 20 fevral 2025-ci ildir.

Qeydiyyatdan keçmək üçün müvafiq keçidə daxil ola bilərsiniz:
https://docs.google.com/forms/d/11Hd_a745-enO0YnBckquQ0mmXOSeWIoQ6gVCVi54z6o/edit

“Müasir metodist” müsabiqəsi üzrə qeydiyyatın bitməsinə son 3 gün qaldı!

Şabran şəhəri Məmmədağa Nəzirov adına 4 nörməli tam orta ümumtəhsil məktəbinin 9-cu sinif şagirdi - Şabran rayonu uşaq-g...
10/02/2025

Şabran şəhəri Məmmədağa Nəzirov adına 4 nörməli tam orta ümumtəhsil məktəbinin 9-cu sinif şagirdi - Şabran rayonu uşaq-gənclər idman-şahmat məktəbinin stolüstü tennis dərnəyinin üzvü Tunar Bağırov seçmə komandanın tərkibində Xorvatiyanın Osiyek şəhərində təşkil olunan “Europe Youth Series” turnirində bürünc mükafata layiq görülüb. O, qoşa mübarizədə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Məşqçi-müəllim: 1-ci kateqoriyalı baş məşqçi-müəllim Zakir Cavadov

Təbrik edirik!

Qeyd edək ki, stolüstü tennis üzrə nəticələrinə görə Şabran rayonu uşaq-gənclər idman-şahmat məktəbi Respublika üzrə 3-cü yerdədir.

Şabran rayon ümumtəhsil müəssisələri  üzrə “Sabahın Alimləri” XIV Respublika Layihə Müsabiqəsinin finalına vəsiqə qazana...
10/02/2025

Şabran rayon ümumtəhsil müəssisələri üzrə “Sabahın Alimləri” XIV Respublika Layihə Müsabiqəsinin finalına vəsiqə qazanan şagirdlər

Şagirdlərimizi və onların layihə rəhbərlərini təbrik edir, finalda uğurlar arzulayırıq!

Quba-Xaçmaz Regional Təhsil İdarəsi əhatə dairəsində olan ümumi təhsil müəssisələrində vakant olan məktəb psixoloqu vəzi...
06/02/2025

Quba-Xaçmaz Regional Təhsil İdarəsi əhatə dairəsində olan ümumi təhsil müəssisələrində vakant olan məktəb psixoloqu vəzifəsi üçün işə qəbul elan edir.

Quba-Xaçmaz Regional Təhsil İdarəsi əhatə dairəsində olan ümumi təhsil müəssisələrində vakant olan məktəb psixoloqu vəzifəsi üçün işə qəbul elan edir. Ali təhsil müəssisələrini psixoloq ixtisası üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi almış şəxslər bu vəzifəyə müraciət edə bilərlər.

Tələb olunan zəruri sənədlər:
-İxtisası üzrə ali təhsil diplomu və ona əlavənin əsli,
-Şəxsiyyəti təsdiq edən sənədin əsli.

Müraciət etmək istəyən şəxslər, zəruri sənədlərini 5 fevral 2025-ci il tarixindən 14 fevral 2025-ci il tarixinə qədər (iş günləri ərzində, saat 09:00–17:00 arasında) Quba-Xaçmaz Regional Təhsil İdarəsinə təqdim etməlidirlər.

Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının ümumi təhsil müəssisələrinin psixoloq vəzifəsi üzrə vakant yerlərini aşağıdakı linkdən əldə edə bilərsiniz: https://docs.google.com/spreadsheets/d/1uQywOACNOUuSlxyOGDKfTP6trpggkWxSZIEsPENRHvQ/edit?gid=55120495 =55120495

Şabran rayonu üzrə təhsil sektoru tərəfindən rayonun ümumi təhsil müəssisələrinin direktorları ilə iclas keçirilib.İclas...
04/02/2025

Şabran rayonu üzrə təhsil sektoru tərəfindən rayonun ümumi təhsil müəssisələrinin direktorları ilə iclas keçirilib.

İclasda məktəbdaxili nizam-intizam qaydaları, “Təhsilverənlərin etik davranış Qaydaları”na riayət olunması, təhsilverənlərin sertifikatlaşdırılması imtahanlarına hazırlıq vəziyyəti müzakirə olunub, müəssisə rəhbərlərinə cari işlər barədə müvafiq tapşırıqlar verilərək onları maraqlandıran suallar cavablandırılıb.

Gənc müəllimlərlə görüş keçirilib.Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbində 2 fe...
31/01/2025

Gənc müəllimlərlə görüş keçirilib.

Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbində 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan gənc müəllimlər iştirak ediblər.

Tədbirin gedişində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbdənkənar təhsil müəssisələrinin şagirdlərinin iştirakı ilə mahnı və rəqs nömrələri nümayiş olunub.

Tədbirin sonunda bir qrup gənc müəllim fəxri fərman və hədiyyələrlə təltif edilib.

Bütün gənc təhsil işçilərini və təltif edilən müəllimlərimizi Gənclər Günü münasibətilə təbrik edirik.

Address

Məmməd Əmin Rəsulzadə 39
Borbor
AZ1700

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

(023) 353-27-63

Alerts

Be the first to know and let us send you an email when Şabran rayonu üzrə təhsil sektoru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Şabran rayonu üzrə təhsil sektoru:

Shortcuts

Share