30/12/2025
Hörmətli əməkdaşlar və əziz tələbələr!
Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni 2026-cı il münasibətilə səmimi-qəlbdən təbrik edirik!
Hər birinizə möhkəm cansağlığı, firavan həyat, peşəkar fəaliyyətinizdə və təhsilinizdə davamlı uğurlar arzulayırıq!
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən bayram tədbiri M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, akademik Nərgiz Paşayevanın təşəbbüsü və dəstəyi ilə təşkil olunmuşdur. Bayram tədbiri Baku Marriott Boulevard Hoteldə keçirilmişdir.
Tədbirdə Filialın professor-müəllim heyəti, əməkdaşları və tələbələri, eləcə də Rusiyadan Bakıya ezam olunan müəllimlər iştirak etmişlər.
Akademik göstəriciləri ilə fərqlənən, qəbul zamanı 600-dən yüksək bal toplayan beş tələbəyə rektorluq tərəfindən noutbuklar hədiyyə edilmişdir.
https://msu.edu.az/top/novosti/20251230081630463.html