Azərbaycan Texnologiya Universiteti

Azərbaycan Texnologiya Universiteti Universitet

📢 Azərbaycan Texnologiya Universitetində 14 sentyabr, saat 10:00-da yeni qəbul olunmuş tələbələr üçün Tanışlıq Günü təşk...
10/09/2026

📢 Azərbaycan Texnologiya Universitetində 14 sentyabr, saat 10:00-da yeni qəbul olunmuş tələbələr üçün Tanışlıq Günü təşkil olunacaq.

🗓️ Tanışlıq Günü I kurs tələbələrinin universitet mühitinə inteqrasiyasını asanlaşdırmaq məqsədi ilə baş tutacaq.

📌 Görüş zamanı tələbələr universitetin strukturu, idarəetmə sistemi, tədris prosesinin təşkili, tədris binalarının və fakültələrin yerləşməsi, kafedraların fəaliyyəti barədə məlumat alacaq, fakültə rəhbərliyi və akademik məsləhətçilərlə tanış olacaqlar.

✨ Eyni zamanda tələbələrə universitetin daxili qaydaları, təhsil müddətində istifadə olunacaq elektron sistemlər və administrativ prosedurlar barədə də təqdimat ediləcək.

🎓 Əyani təhsil alacaq bütün I kurs tələbələri görüşə dəvətlidir.

☀️🌱 Azərbaycan Texnologiya Universitetində     quraşdırılması və     keçid istiqamətində həyata keçirilən təşəbbüsü işıq...
09/09/2026

☀️🌱 Azərbaycan Texnologiya Universitetində quraşdırılması və keçid istiqamətində həyata keçirilən təşəbbüsü işıqlandırdığı üçün “Xalq qəzeti”nə təşəkkür edirik!

30 auditoriyanı 10 saat fasiləsiz işıqlandıracaq yaşıl enerji – ATU-da ilk günəş paneli sistemi quruldu

📚 Azərbaycan Texnologiya Universitetində (ATU) 2026/2027-ci tədris ilinə hazırlıqla bağlı iclas keçirilib.Ətraflı: https...
09/09/2026

📚 Azərbaycan Texnologiya Universitetində (ATU) 2026/2027-ci tədris ilinə hazırlıqla bağlı iclas keçirilib.

Ətraflı: https://www.atu.edu.az/xeber/1522

09/09/2026

Azərbaycan Texnologiya Universitetində yaşıl texnologiyaların tətbiqi və bərpaolunan enerji mənbələrindən istifadəyə keçid istiqamətində ilk təşəbbüslərdən biri həyata keçirilir.

Layihə çərçivəsində universitetin inzibati binalarından birinin üzərində 76 ədəd günəş paneli quraşdırılıb. Hər bir panelin gücü 400 vatt, günəş enerji sisteminin ümumi gücü isə 30,4 kVt təşkil edir.

Ətraflı: https://muallim.edu.az/atu-da-yasil-texnologiyalarin-tetbiqine-baslanilib

☀️ ATU-da yaşıl texnologiyaların tətbiqinə başlanıldı🌍 🌱Azərbaycan Texnologiya Universitetində (ATU) yaşıl texnologiyala...
09/09/2026

☀️ ATU-da yaşıl texnologiyaların tətbiqinə başlanıldı

🌍 🌱Azərbaycan Texnologiya Universitetində (ATU) yaşıl texnologiyaların tətbiqi və bərpaolunan enerji mənbələrindən istifadəyə keçid istiqamətində ilk təşəbbüslərdən biri həyata keçirilir.

☀️⚡Layihə çərçivəsində universitetin inzibati binalarından birinin üzərində 76 ədəd günəş paneli quraşdırılıb. Hər bir panelin gücü 400 vatt, günəş enerji sisteminin ümumi gücü isə 30,4 kVt təşkil edir.

🔋 Günəş panellərinin quraşdırılması ATU-da enerji səmərəliliyinin artırılması, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və ekoloji dayanıqlılığın təmin olunması istiqamətində atılan mühüm ilk addımlardan biridir.

♻️ Layihənin reallaşdırılması nəticəsində universitetin enerji təminatında günəş enerjisindən istifadəyə imkan verən müasir infrastruktur formalaşdırılır. Bu, həm ənənəvi enerji mənbələrindən asılılığın azaldılmasına, həm də ətraf mühitə təsirin minimuma endirilməsinə xidmət edir.

🏛️ Qeyd edək ki, Azərbaycanda ayrı-ayrı ali təhsil müəssisələrində günəş enerjisi sistemlərindən istifadə nümunələri mövcuddur. ATU-da isə 76 günəş panelindən ibarət, ümumi gücü 30,4 kVt olan sistemin quraşdırılması regionun ali təhsil müəssisələri arasında bu miqyasda ilk təşəbbüsdür. Universitetdə enerji səmərəliliyinin artırılması və bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində işlər davam etdiriləcək.

04/09/2026

🚀 ATU İnnovasiya Mərkəzinin “Texnologiyanın sirləri” layihəsinin yeni buraxılışı pulun hekayəsindən bəhs edir.

Bu bölümdə 🔄 barterdən 🪙 metal sikkələrə, 💵 kağız pullardan 🏦 bank sisteminə, 💳 rəqəmsal ödənişlərdən ₿ Bitcoin və 🔗 blokçeyn texnologiyasına qədər pulun keçdiyi inkişaf yolundan bəhs edilir.

🎓 2026–2027-ci tədris ilində ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə əyani və ödənişli əsaslarla qəbul olunan...
28/08/2026

🎓 2026–2027-ci tədris ilində ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə əyani və ödənişli əsaslarla qəbul olunan tələbələr təhsil tələbə krediti üçün müraciət edə bilərlər.

Müraciət linki: https://e-ttkf.edu.az/

📞 Əlaqə üçün: Ayxan Bahadurlu
📱 Telefon və WhatsApp: +994 51 779 13 97

28/08/2026

🚀 ATU İnnovasiya Mərkəzinin “Texnologiyanın sirləri” layihəsinin yeni buraxılışı neft məhsullarına həsr olunub.

Bu bölümdə 🛢️ xam neftin yaranması və emalı, ⛽ benzin, dizel və digər neft məhsullarının əldə olunması, 🧪 krakinq və reforminq kimi müasir texnologiyalar, neft emalı və neft məhsullarının boru kəmərləri ilə daşınması prosesindən bəhs edilir.

📢 Yeni qəbul olanların nəzərinə!Təhsilin müxtəlif pillə və səviyyələri üzrə təhsil xərcindən azad olunan imtiyazlı şəxsl...
27/08/2026

📢 Yeni qəbul olanların nəzərinə!

Təhsilin müxtəlif pillə və səviyyələri üzrə təhsil xərcindən azad olunan imtiyazlı şəxslər aşağıdakılardır:

1. Məcburi köçkün statuslu şəxslər

Dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələrində, AMEA-nın magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları.

2. Valideyn himayəsindən məhrum olan şəxslər

Hər iki valideyni vəfat etmiş; bir valideyni vəfat etmiş və digər valideyni orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş; valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər (övladlığa götürüldükdə belə) ali, orta ixtisas və peşə təhsili müəssisələrində və AMEA-nın magistratura səviyyəsində əyani formada 23 yaşınadək təhsil alan şəxslər.

3. Əlilliyi müəyyən edilmiş şəxslər

Ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, AMEA-nın magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan orqanizmin funksiyalarının 61-80 və ya 81-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər;

Dövlət peşə təhsili müəssisələrinə münasibətdə isə əlilliyi olan şəxslər; 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan və aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər.

4. Şəhid ailəsi statusu olan şəxslər

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikası Qanunu”na müvafiq olaraq şəhid ailəsi statusu almış dövlət peşə, orta ixtisas, ali təhsil müəssisələrində və AMEA-nın magistratura səviyyəsində 23 yaşınadək əyani təhsil alan şəxslər.

5. Şəhid və müharibə əlillərinin övladları

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş, ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqları.

6. Müharibə veteranları

Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər.

7. Minatəmizləmə işində həyatını itirən minatəmizləyənlərin övladları

2026-cı ilin 5 may tarixində “Təhsil haqqında” Azərbaycan Respublikasının qanununda edilən dəyişikliyə əsasən, minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladları (Həmçinin, yeni Qanun ilə müəyyən olunmuş imtiyaz bu Qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da (ən çoxu 23 yaşına çatanadək) şamil olunur və 2026-cı il sentyabrın 15-dən tətbiq ediləcək).

🏆 ATU tələbəsi Avrasiya çempionu oldu! 🇦🇿Azərbaycan Texnologiya Universitetinin (ATU) Rəqəmsal Texnologiyalar fakültəsin...
27/08/2026

🏆 ATU tələbəsi Avrasiya çempionu oldu! 🇦🇿

Azərbaycan Texnologiya Universitetinin (ATU) Rəqəmsal Texnologiyalar fakültəsinin Elektrik və Elektronika mühəndisliyi ixtisası üzrə II kurs tələbəsi Kənan Bağırov güc idmanında növbəti uğura imza atıb.

🥇Kənan Bağırov 22–23 avqust 2026-cı il tarixlərində keçirilən “IPSU Euroasia Baku 2026” Avrasiya çempionatının “Strongman” və “Streetlifting” yarışında Avrasiya çempionu olub.

👏 Tələbəmiz turnik hərəkətində 67,5 kq, paralel qollarda isə 100 kq əlavə çəkinin öhdəsindən gələrək yüksək nəticə göstərib.

Qeyd edək ki, Kənan Bağırov artıq 3 qat ölkə çempionudur.

Address

Shah Ismail Khatai 103
Ganja
AZ2000

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00

Telephone

+994222671657

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Texnologiya Universiteti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Azərbaycan Texnologiya Universiteti:

Shortcuts

Share