ADAU-nun nəzdində Gəncə Dövlət Aqrar Kolleci

ADAU-nun nəzdində Gəncə Dövlət Aqrar Kolleci Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ADAU-nun nəzdində Gəncə Dövlət Aqrar Kolleci, College & University, Gəncə şəhəri Ozan küçəsi 206 , https://maps. app. goo. gl/4Q2sfLujuPjvtQzd8?g_st=awb, Ganja.

ADAU-nun nəzdində Gəncə Dövlət Aqrar Kollecin əsas missiyası kənd təsərrüfatı sahəsində praktiki bacarıqları inkişaf etdirməklə bazarın tələblərinə uyğun şəkildə ixtisaslı kadrlar hazırlamaqdır.

📚 15 Sentyabr – Bilik GünüHörmətli müəllimlər və əziz tələbələr!Sizi yeni tədris ilinin başlanğıcı və 15 Sentyabr – Bili...
15/09/2026

📚 15 Sentyabr – Bilik Günü

Hörmətli müəllimlər və əziz tələbələr!

Sizi yeni tədris ilinin başlanğıcı və 15 Sentyabr – Bilik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik!

Yeni tədris ili hər bir tələbə üçün yeni biliklər, yeni bacarıqlar və yeni imkanlar deməkdir. Təhsil yalnız bilik qazanmaq deyil, həm də gələcəyə inamla addımlamaq, peşəkar və məsuliyyətli mütəxəssis kimi formalaşmaq yoludur.

ADAU-nun nəzdində Gəncə Dövlət Aqrar Kolleci olaraq qarşıya qoyduğumuz əsas məqsəd müasir kənd təsərrüfatının tələblərinə cavab verən, praktik bacarıqlara və peşəkar dünyagörüşünə malik kadrlar hazırlamaqdır.

Əziz tələbələr, bilik yolunda hər birinizə əzmkarlıq, uğurlar və yeni nailiyyətlər arzulayırıq!

Biliklə gələcəyə, peşəkarlıqla uğura!


Gəncə Dövlət Aqrar Kollecində 2026-2027-ci tədris ilinin başlanması ilə əlaqədar Pedaqoji Şuranın iclası keçirilib.Gündə...
12/09/2026

Gəncə Dövlət Aqrar Kollecində 2026-2027-ci tədris ilinin başlanması ilə əlaqədar Pedaqoji Şuranın iclası keçirilib.

Gündəliyə əsasən yeni tədris ilinə hazırlıq, qəbul prosesinin cari göstəriciləri, tədrisin keyfiyyətinin yüksəldilməsi və sair məsələlər müzakirə edilib.



Gəncə Dövlət Aqrar Kolleci (GDAK) ilə Agrodairy şirkəti arasında imzanmış Anlaşma memorandumuna əsasən, GDAK rəhbər heyy...
09/09/2026

Gəncə Dövlət Aqrar Kolleci (GDAK) ilə Agrodairy şirkəti arasında imzanmış Anlaşma memorandumuna əsasən, GDAK rəhbər heyyətinin bir qrup əməkdaşı Samux rayonunda yerləşən və şirkətə məxsus müəssisə ilə tanış olublar.

Səfər zamanı müəssisənin cari fəaliyyəti ilə tanışlıq, mövcud tərəfdaşlıq imkanları, qarşılıqlı səfərlərin və tələbələr üçün ustad dərslərinin təşkili, təcrübə və tədris proseslərində mümkün əməkdaşlıq imkanları müzakirə edilib.



08/09/2026
ADAU-nun nəzdində Gəncə Dövlət Aqrar Kollecinə qəbul olan abituriyentlərin nəzərinə!⚡Qeydiyyatla bağlı vacib məlumat! Or...
04/09/2026

ADAU-nun nəzdində Gəncə Dövlət Aqrar Kollecinə qəbul olan abituriyentlərin nəzərinə!

⚡Qeydiyyatla bağlı vacib məlumat!

Orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlər 09 Sentyabr saat 15:00-dan 17 Sentyabr saat 18:00-dək, elektron qaydada “my.gov.az” portalında qeydiyyatdan keçməlidirlər.

📌 Qeydiyyat üçün:
“my.gov.az” → “Qeydiyyat” → “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsil alan qeydiyyatı” → “Müraciət et”

⚠️ Qeyd: “my.gov.az” portalında qeydiyyatdan keçməyən şəxslər DİM tərəfindən qəbul olunmamış şəxs hesab ediləcək və onların barəsində qəbul əmri verilməyəcək.

📄 GDAK-da qeydiyyat üçün tələb olunan sənədlər:

Attestat (əsli);
İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti (oğlanlar üçün);
Şəxsiyyət vəsiqəsinin surəti;
Ağ fonda 3×4 ölçüdə fotoşəkil;
Ödənişli əsaslarla qəbul olunanlar üçün təhsil haqqının ödənilməsi haqqında qəbz (surəti);
İmtiyazın şamil olunması üçün müvafiq sənədlər (surəti);
Tibbi arayış.

📌 Qeyd: Yuxarıda qeyd olunan sənədlər tədris prosesi başladıqdan sonra kollecin tədris şöbəsinə təhvil verilməlidir.

♿ İmtiyazlı kateqoriyalara aid şəxslər üçün əlavə sənədlər:

*Məcburi köçkün statusu olan şəxslər:
Şəxsiyyət vəsiqəsinin surəti;
Statusa aid sənədlərin surətləri.

*Valideyn himayəsindən məhrum olmuş və ya valideynlərini itirmiş şəxslər:
Şəxsiyyət vəsiqəsinin surəti;
Tibbi-sosial ekspert komissiyasının arayışı;
Valideynin (valideynlərin) ölüm haqqında şəhadətnaməsi.

*I və II dərəcə əlilliyi olan şəxslər:
Əlilliyi təsdiq edən Tibbi-sosial ekspert komissiyasının arayışı;
Şəxsiyyət vəsiqəsinin surəti.

*Qarabağ müharibəsi əlili və ya şəhid ailəsi üzvünün övladı olan şəxslər:
Şəxsiyyət vəsiqəsinin surəti;
Statusa aid sənədlərin surətləri.

Əlavə məlumat üçün:
☎️ 0773700108

11 illik təhsil bazasından kolleclərə seçim edən abituriyentlərin nəzərinə!
26/08/2026

11 illik təhsil bazasından kolleclərə seçim edən abituriyentlərin nəzərinə!


🎓 GDAK olaraq universitetlərə qəbul olmuş bütün məzun tələbələrimizi ürəkdən təbrik edirik!
24/08/2026

🎓 GDAK olaraq universitetlərə qəbul olmuş bütün məzun tələbələrimizi ürəkdən təbrik edirik!



15/08/2026

Gəncə Dövlət Aqrar Kolleci tələbəmizin təqdimatında!

11 illik bazadan 12 ixtisas üzrə yüksək keyfiyyətli təhsil təqdim edən kollecimizi seçməyə dəvət edirik.

Aqrar sahənin peşəkarı olmaq yoluna GDAK-la başlayın.



12/08/2026

📍 Əziz Abituriyentlər!

Qarşıda gələn günlərdə seçim etməklə peşəkar inkişafınızın növbəti mərhələsinə qədəm qoyacaqsız.

Bu yola Sizi, ADAU-nun nəzdində Gəncə Dövlət Aqrar Kolleci (GDAK) ilə başlamağa dəvət edirik.

GDAK-da təhsil almaq Sizə nə verəcək:

- müasir tələblərə əsaslanan tədris proqramları üzrə nəzəri və praktiki biliklər;
- universitet müəllimlərinin təqdimatında ustad dərslərinin dinlənilməsi;
- zəngin maddi-texniki bazadan yararlanmaq imkanı;
- tərəfdaş aqrar şirkətlərdə təcrübə imkanı;
- aqrar sahənin peşəkarları tərəfindən praktiki təqdimatlar;
- tam yeni tədris binalarında təhsil imkanı;
- dərsdənkanar şəxsi inkişaf proqramlarında iştirak.

GDAK seçərək gələcəyə uğurlu başlanğıc edin!




Address

Gəncə şəhəri Ozan Küçəsi 206 , Https://maps. App. Goo. Gl/4Q2sfLujuPjvtQzd8?g_st=awb
Ganja
AZ2016

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when ADAU-nun nəzdində Gəncə Dövlət Aqrar Kolleci posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to ADAU-nun nəzdində Gəncə Dövlət Aqrar Kolleci:

Shortcuts

Share