18/06/2026
" SERTİFİKASİYA İMTAHANINDA YÜKSƏK NƏTİCƏ – 59 BAL! "
____
18 iyun 2026-cı il tarixində keçirilən müəllimlərin sertifikasiya imtahanında Sabirabad şəhəri Nizami Gəncəvi adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin təsviri incəsənət müəllimi Qasımova Səbinə yüksək nəticə göstərərək 60 mümkün baldan 59 bal toplamışdır.
Bu möhtəşəm nəticə müəllimimizin peşəkarlığının, zəhmətinin, biliyinin və öz üzərində daim çalışmasının bariz nümunəsidir. Qasımova Səbinə müəlliməni bu böyük uğur münasibətilə ürəkdən təbrik edir, gələcək fəaliyyətində daha böyük nailiyyətlər arzulayırıq.
Qürur duyuruq ki, belə peşəkar müəllimlər məktəbimizin uğurlarına uğur qatırlar!