27/05/2026
Hörmətli müəllimlər, əziz şagirdlər, dəyərli valideynlər və bütün Sabirabad ictimaiyyəti!
Sabirabad şəhəri N. Nərimanov adına 2 nömrəli beynəlmiləl təbiət və texniki fənlər təmayüllü məktəb-lisey sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir!
Qurban bayramı xalqımızın milli-mənəvi dəyərlərini, humanizm, mərhəmət, paylaşmaq və birlik ənənələrini yaşadan müqəddəs bayramlardan biridir. Bu əziz günlər insanları xeyirxahlığa, həmrəyliyə və bir-birinə dayaq olmağa səsləyir.
Arzu edirik ki, bu mübarək bayram hər bir ailəyə sevinc, ruzi-bərəkət, sağlamlıq və mənəvi rahatlıq gətirsin. Şagirdlərimizə elm və təhsildə yeni nailiyyətlər, yüksək uğurlar, açıq zehin, güclü iradə və parlaq gələcək arzulayırıq. Müəllimlərimizin əməyinin bəhrəli, valideynlərimizin qürur duyacağı uğurların isə davamlı olmasını diləyirik.
Doğma Sabirabadımızda daim əmin-amanlıq, inkişaf və birlik hökm sürsün. Uca Allah kəsilən qurbanları, edilən duaları və bütün xoş niyyətləri qəbul etsin!
Qurban bayramınız mübarək!