05/01/2026
📢 ixtisas.az yeniləndi
Abituriyentlərin ən çox çətinlik çəkdiyi məsələlərdən biri ixtisaslar haqqında dolğun və etibarlı məlumat əldə etmək, topladığı bal ilə hansı universitet və ixtisasa qəbul ola biləcəyini, hansı qrupda hansı ixtisasların olduğunu və keçid ballarını düzgün şəkildə tapmaq idi.
Bu ehtiyacı nəzərə alaraq ixtisas.az platformasında bütün ixtisaslar toplanaraq qruplaşdırıldı və inkişaf etmiş filtr sistemi əlavə olundu. Artıq abituriyentlər istədikləri universiteti, qrupu, təhsil formasını (ödənişli və ya ödənişsiz) və bal aralığını seçərək ixtisaslar haqqında ətraflı məlumat əldə edə bilirlər. İxtisasların böyük hissəsi üzrə geniş izahlar mövcuddur, yaxın zamanda müvafiq linklər də əlavə olunacaq.
Bundan əlavə, abituriyentlər topladıqları balı analiz bölməsinə daxil edərək, ballarına uyğun ixtisaslarla tanış ola və qəbul şanslarını ehtimal əsasında görə bilərlər.
Platforma üzərindən həmçinin xaricdə təhsil, ixtisas seçimi və ümumi konsultasiya xidmətləri üçün müraciət etmək də mümkündür.
Layihənin inkişafı davam edir və növbəti aylarda yeni funksiyalar əlavə olunacaq.