Zoologiya İnstitutu Həmkarlar Təşkilatı

Zoologiya İnstitutu Həmkarlar Təşkilatı Informations de contact, plan et itinéraire, formulaire de contact, heures d'ouverture, services, évaluations, photos, vidéos et annonces de Zoologiya İnstitutu Həmkarlar Təşkilatı, Enseignement supérieur, A. Abbaszadə küç, 504 məhəllə, keçid 11/28, Baku.

12/09/2016
Əziz həmkarlarımız, Qurban bayramınız mübarək.
12/09/2016

Əziz həmkarlarımız, Qurban bayramınız mübarək.

15/07/2016

Bu gün Zoologiya İnstitutunun Həmkarlar təşkilatının yekun hesabat iclası keçirilib. İclasda həmkarlar təşkilatının 6 ay ərzində institutun texniki bazasına və işçi heyyətinə etdiyi maddi yardımlar və gələcəkdə qarşıya qoyulmuş məsələlər müzakirə olundu. İclas üzvlərini maraqlandıran suallar cavablandırıldı.

15/07/2016
Zoologiya İnstitutunun Həmkarlar Təşkilatının dəstəyi ilə İnstitut əməkdaşları Şamaxı rayonunda gəzintidə olmuşlar.
11/07/2016

Zoologiya İnstitutunun Həmkarlar Təşkilatının dəstəyi ilə İnstitut əməkdaşları Şamaxı rayonunda gəzintidə olmuşlar.

05/07/2016

Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyası Şükür Əvəz oğlu Quliyevə 28 mart 2016-cı il tarixli, protokol № 10-k qərarı ilə parazitologiya ixtisası üzrə dosent adı vermişdir.
Qeyd edək ki, Şükür Əvəz oğlu Quliyev 29.11.1968-ci ildə Azərbaycan Respublikası Şuşa rayonunun İmamqullar kəndində anadan olmuşdur. 1985-ci ildə Şuşa rayon İmamqullar kənd orta məktəbini, 1993-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-biologiya fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1987-1989-cu illərdə SSRİ-nin paytaxtı Moskva şəhərində hərbi xidmətdə olmuşdur. 1993-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun parazitologiya şöbəsinin “Su heyvanlarının parazitləri” laboratoriyasında, gənc mütəxəssis kimi, kiçik elmi işçi vəzifəsinə işə götürülmüşdür. 1993-1996-ci illərdə parazitologiya ixtisası üzrə AMEA Zoologiya İnstitutunun əyani aspiranturasında təhsil almışdır. 2003-ci ildə «Abşeron yarımadası su hövzələri balıq parazitlərinin ekoloji-coğrafi təhlili» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2004-cü ildə Azərbaycan Gənc Alimlər, Aspirantlar və Magistrlər Cəmiyyətinin təsisçisi və Rəyasət Heyətinin üzvü olmuşdur.
2008-ci ildən hal-hazıra qədər AMEA Zoologiya İnstitutunun “Su heyvanlarının parazitləri” laboratoriyasında böyük elmi işçi vəziəsində işləyir. Onun tədqiqatları parazitologiyanın aktual məsələlərindən biri, balıq parazitlərinin öyrənilməsinə həsr edilmişdir. Şükür Əvəz oğlu Quliyev ilk dəfə olaraq Abşeron yarımadası su hövzələrində balıq parazitlərinin növ tərkibini müəyyən etmiş, balıqlar üçün patogen olan 26 növ balıq parazitinin olduğunu müəyyən etmiş və onlarla mübarizə üsullarını təklif etmişdir. Onun tərəfindən ilk dəfə Abşeron yarımadası su hövzələrinin balıq parazitlərinin ekoloji-coğrafi təhlili verilmiş, onların epizootoloji və epidemioloji analizi aparılmışdır. Şükür Əvəz oğlu Quliyevin 23 elmi əsəri çapdan çıxmışdır.
Onu uğurlarına görə təbrik edirik!

05/07/2016

Zöhrə Musayevanı uzun müddət göstərdiyi əmək fəaliyyəti, eyni zamanda 60 illik yubileyilə əlaqədar təbrik edirik. Ona uzun ömür və yeni-yeni müvəffəqiyyətlər arzu edirik.
Zöhrə Yusif qızı Musayeva 1956-cı il iyul ayının 5-də Qazax rayonunun Poylu kəndində anadan olmuşdur. 1974-cü ildə orta məktəbi bitirdikdən sonra 2 il üzümçülük sovxozunda fəhlə işləyib. 1981-ci ildə Kirov adına ADU-nun biologiya fakultəsini bitirmiş və həmin il gənc mütəxəssis kimi Zoologiya İnstitutuna göndərilmişdir. “Araxnologiya” laboratoriyasında laborant, kiçik elmi işçi, 1999-cu ildən isə böyük elmi işçi vəzifəsində çalışır.
1996-cı ildə “Şimali-Şərqi Azərbaycanda gavalı cinsindən (Rosacae, Prunus) olan bitkilərə zərərverən buğumayaqlılar” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. İşlədiyi dövrdə 4 elmi-tədqiqat işinin əsas icraçılarından biri olmuşdur. Müxtəlif illərdə respublikamızda keçirilən bir çox konfrans və qurultaylarda elmi məruzələrlə çıxış etmışdır. 15-i xaricdə olmaqla 60-dan çox elmi əsərin müəllifidir. 2005-ci ildə çoxillik elmi fəaliyyəti nəzərə alınaraq ona Entomologiya (03.00.09) ixtisası üzrə “Dosent” adı verilmişdir.

05/07/2016

İYUL AYINDA ANADAN OLAN ƏMƏKDAŞLARIMIZI
TƏBRİK EDİR, ONLARA CAN-SAĞLIĞI, UZUN ÖMÜR,
İŞLƏRİNDƏ UĞURLAR ARZULAYIRIQ

s/s Adı, soyadı, atasının adı Doğulduğu tarix
1 ƏHMƏDOV SAHİB BƏYLƏR OĞLU 01.07.1949
2 BÜNYATOVA KÖNÜL İBAD QIZI 05.07.1954
3 MUSAYEVA ZÖHRƏ YUSİF QIZI 05.07.1956
4 QULİYEVA AYTƏKİN TELMAN Qızı 06.07.1990
5 MƏMMƏDOVA SONA İSMAYIL QIZI 08.07.1947
6 İSMAYILZADƏ SÜDABƏ ELMAN QIZI 10.07.1983
7 İBRAHİMOVA REYHAN ŞÖHLƏT QIZI 12.07.1954
8 HÜSEYNZADƏ ELMİRA YUNİS QIZI 12.07.1960
9 HƏMZƏYEVA GÜLARƏ FƏRHAD QIZI 13.07.1974
10 MƏMMƏDOVA FƏRİDƏ ZÖHRAB QIZI 16.07.1973
11 BAĞIROVA GÜLSƏNƏM MƏMMƏD QIZI18.07.1954
12 HÜSEYNOVA MEHRİBAN ƏLİYAR QIZI 22.07.1964
13 YUNİSOVA KÖNÜL BƏXTİYAR QIZI 22.07.1979
14 ASLANOVA GÜLNARƏ MİRZƏBABA QIZI 24.07.1960
15 ABDULLAYEVA SƏBİNƏ ELDAR QIZI 26.07.1982
16 ŞAHVERDİYEVA ZİNYƏT VAFADAR QIZI 31.07.1984
17 CƏLİLOV ƏNVƏR GÖYÇƏ OĞLU 31.07.1962



ZOOLOGİYA İNSTİTUTUNUN HƏMKARLAR TƏŞKİLATI

02/06/2016

AMEA_Zoologiya_İnstitutun əməkdaşlarına

16 may- 10 iyun 2016-cı il tarixdə AMEA-nın İnstitutları arasında I Spartakiada keçiriləcəkdir. Spartakiada yarışlarının stolüstü tennis, şahmat və dama idman növləri üzrə keçirilməsi nəzərdə tutulmuşdur Anketə uyğun olaraq I Spartakiadada iştirak etmək istəyən əməkdaşlar institutun həmkarlar təşkilatına müraciət etsinlər.

Stolüstü tennis komandasının tərkibi
Şahmat komandasının tərkibi
Dama komandasının tərkibi

№ Soyadı, adı, atasının adı Təvəllüd Vəzifəsi Əlaqə nöm.
1
2
3
4
№ Soyadı, adı, atasının adı Təvəllüd Vəzifəsi Əlaqə nöm.
1
2
3
4
№ Soyadı, adı, atasının adı Təvəllüd Vəzifəsi Əlaqə nöm.
1
2
3
4

Adresse

A. Abbaszadə Küç, 504 Məhəllə, Keçid 11/28
Baku
370073

Téléphone

0125937371

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Zoologiya İnstitutu Həmkarlar Təşkilatı publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Partager